Armudlu-şokoladlı keks

28 Kasım 2015
1 449
0
Armudlu-şokoladlı keks
Armudlu-şokoladlı keks

Tərkibi:

2 armud
3+1/3 fincan un
1/2 fincan şəkər tozu
2/3 fincan kakao tozu
2 ç.q. qabartma tozu
2 ç.q. darçın
1 ç.q. soda
2 yumurta
2 fincan qatıq
1/2 fincan bitki yağı

əlavə:

1 x.q. un
1 x.q. kakao tozu
1/2 ç.q. darçın


Armudlu-şokoladlı keks

Hazırlanması:

Sobanı 175 dərəcə qızdırın. Dördbucaqlı, kənarları hündür formanı yağlayın.

3+1/3 fincan un, kakao, qabartma tozu, darçın, soda və yarım fincan şəkər tozunu qarışdırın.

Yumurtaları ayrı qabda çalın, quru qarışıqla birləşdirin, xəmiri formaya tökün.

Armudları ortadan bölün, cecəsini çıxarın, amma saplaqlarını saxlayın.

1 x.q. un, 1 x.q. kakao və darçını qarışdırın. Armud dilimlərini hərtərəfli bu qarışığa batırın. Sonra isə saplaqları çöldə olmaq şərtilə xəmirə batırın.

Sobada 50 dəqiqə bişirin.

Soyudun, üzərinə şokoladlı qlazur çəkin.


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.