Ən asan xamalı tort resepti

17 Ağustos 2016
5 873
0
Ən asan xamalı tort resepti
Ən asan xamalı tort resepti

Ərzaqlar:
Xəmir üçün:
Un – 3 st.
Şəkər tozu – 1 st.
Xama – 1 st.
Çay sodası – 1 ç.q.
Sirkə - 1 x.q.
Kərə yağı – 2 x.q.
Krem üçün:
Xama və ya qaymaq – 700 ml.
Şəkər tozu – 1 st.
Vanilin – 1 paket
Şokolad plitəsi – 1 ədəd.

Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayaq: Şəkər tozu ilə xamanı ovxalayırıq. Sirkədə söndürülmüş sodanı, kərə yağını və unu əlavə edirik. (Unu tədricən əlavə edirik). Alınmış xəmiri 6 kündəyə bölürük. Kündələri yayırıq və 180 dərəcə isidilmiş sobada qızılı rəng olana kimi bir-bir bişiririk. Hər korj 6-7 dəqiqəyə bişəcək.
Şəkər tozu, xama /qaymaq, vanilini yaxşıca çalırıq. Krem hazır!
Sonra bişmiş korjları kremləyərək üst-üstə yığırıq. Hər qata da sürtgəcdən keçirilmiş şokolad səpirik. Üzərini giləmeyvələrlə bəzəmək olar. Bir qədər özünü tutandan sonra süfrəyə veririk.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.