Qıymalı yumurtalı pide belə hazırlanır - RESEPT
Lazım olan ərzaqlar:
6 stəkan un
1 stəkan ilıq süd
1 stəkan ilıq su
40 qram yaş maya
1 qaşıq şəkər tozu
2 qaşıq kərə yağı
2 qaşıq duru yağ
Duz
İçlik üçün:
500 qram qıyma
2 soğan
6 yumurta
Duz
İstiot
2 qaşıq duru yağ
Hazırlanma qaydası:
İlıq suyla mayanı əridin. Xəmiri hansı qabda yoğuracaqsınızsa, unu onun içinə tökün. Unun ortasında oyuq açıb maya, duru yağ, şəkər tozu, süd və duzu töküb yoğurmağa başlayın. Xəmiri 6 kündəyə ayırın. Üzərinə nəm əski örtüb yarım saat xəmirin gəlməsini gözləyin.
Soğanları xırda-xırda doğrayıb duru yağda qovurun. Qıymanı da əlave edib qovurmağa davam edin. İstiot və duz töküb qarışdırdıqtan sonra altını söndürün.
Kündələri sırayla uzun formada açın. Yağlı kağız sərilmiş qaba qoyub ortasına qıyma tökün. Xəmirin kənarlarını pide şəklində düzəldin. Əvvəldən isitdiyiniz 200 dərəcəlik sobada 20 dəqiqəyə qədər bişirdikdən sonra çıxarıb üstünə yumurtaları qırın. Yumurtalar bişənə qədər yenidən sobada saxlayın.
Nuş olsun!
lent.az