Evdə özünüzün hazırlaya biləcəyiniz Dadlı və Ləzzətli PİDE resepti

31 Mart 2022
5 995
0
Evdə özünüzün hazırlaya biləcəyiniz Dadlı və Ləzzətli PİDE resepti
Pide – türk yeməyidir.Əsasını isə qayıqcıq şəklində hazırlanmış və bükülmüş xəmir, ət ( mal və ya qoyun əti ) və pendir təşkil edir.Evdə özünüzün hazırladığınız pidenin dadı isə lap başqa olacaq.Pidenin hazırlanma qaydası ilə sizi də tanış edək.
Bu verdiyimiz reseptlə siz 10 – a yaxın pide bişirə biləcəksiniz.
Qiyməli Pide üçün aşağıdakı ərzaqlar lazımdır
XƏMİRİ ÜÇÜN
3 st un
Yarım st su
Yarım st ilıq süd
Yarım st duru yağ
1 yumurta ( sarısı üzü üçün saxlanır )
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
Maya
İÇLİK ÜÇÜN
Qovrulmuş ət qiyməsi
Holland pendiri ( kaşar pendiri )
Hazırlanma qaydası : xəmir üçün sadaladığımız bütün ərzaqları un xarix olmaqla bir qaba töküb qarışdırırıq.Qarışdırdıqdan sınra isə unu əlavə edirik.Hamısını birlikdə yoğururuq.Alınan xəmirimizi ən azı 1 saatlıq kənara isti yerə acıması üçün qoyuruq.Xəmir mütləq yaxşı acımalıdır.Acıdıqdan sonra xəmirimizi 10 bərabər kündələrə ayırırıq və kənara qoyuruq.İçliyi hazırlamağa başlayaq.Ət qiyməsini soğan, duz və istiotla qovururuq.Kənarda isə pendiri sürtkəcdən keçiririk və onu da kənara qoyuruq.
Sonra isə etdiyimiz kündəni götürürük və onu oxlov vasitəsilə uzununa uzunsov formada yaymağa başlayırıq.Elə yayırıq ki, xəmirimiz tamamilə uzunsov alınsın.Daha sonra sürtkəcdən keçirdiyimiz pendiri yaydığımız xəmirin üzərinə yaxşıca səpirik.Pendirin səpdikdən sonra isə onun üzərinə qiyməmizi də əlavə edib xəmirin üzərinə yayırıq.Lakin bu ərzaqları xəmirin üzərinə əkavə edərkən elə yayırıq ki, əmirin kənarlarında onu sanki qayıq kimi bükə bilək.Pielərimizin kənarını elə bükürük ki, onun kənarları tam bağlansın və bizə qayıqcıq görüntüsünü yaratsın.Pidelərimizi hazır etdikdən sonra onun kənarlarına yumurta sarısı çəkirik.Pideləri qaba düzüb 200 dərəcədə bişməyə göndəririk.Zövqə görə pide bişdikdən sonra isti – isti onun qızarmış kənarlarına az miqdarda kərə yağı da sürtmək olar.Beləliklə, pidemiz hazırdır.
NUŞ OLSUN !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.