Praktik və tez hazırlanan PİZZA RESEPTLƏRİ

İki dəqiqəlik tava pizzası
Ərzaqlar:
- 9 yemək qaşığı un
- 4 yemək qaşığı xama (ayran və ya kefir də olar)
- 2 ədəd yumurta
- Qabartma tozu
- ½ çay qaşığı sirkə
- Pendir və üzəri üçün istədiyiniz ərzaqlar
Hazırlanması:
Xama, un, yumurtalar, sirkə və qabartma tozunu bir qabın içərisində qarışdırıb xəmir halına gətirin. Yoğurun. Xəmiri daha sonra əlinizlə və ya oxlovla açıb geniş və yağlanmış bir tavanın içərisinə yerləşdirin. Xəmir çox qalın olmasın. Pizza üçün öz seçdiyiniz ərzaqları pizza xəmirinin üzərinə düzün. Sonda rəndələnilmiş pendiri səpin. Qapağı tavanın ağzına qoyub 15 dəqiqə bişirin.
Mayalı xəmirli pizza
Ərzaqlar:
- 300 ml süd
- 2 yemək qaşığı günəbaxan yağı
- 2 yemək qaşığı xama
- Bir kiçik paket quru maya
- Un, duz, pendir, pomidor sousu
- İstədiyiniz ərzaqlar
Hazırlanması:
Quru mayanı dərin bir qabın içərisinə qoyun, üzərinə duz və ilıq süd əlavə edin. Sonra ərzaqları qarışdırın. Maya köpənə qədər 15 dəqiqə ərzində isti yerdə saxlayın. Daha sonra bir az un əlavə edin. Yağ və xama da əlavə etdikdən sonra qarışdırın. Sonra xəmiri yoğurun. 15 dəqiqə saxladıqdan sonra kündə tutub yumru xəmir açın və yağlanmış nimçəyə yayın. Üzərinə bir az pomidor sousu tökün. Sonra ərzaqları düzün, ən sona pendiri saxlayın. 20-30 dəqiqə yüksək istilikdə sobada bişirin.
İtalyan pizzası
Ərzaqlar:
- ½ stəkan un
- 1 stəkan ilıq su
- 2 şorba qaşığı zeytun yağı
- 2 çay qaşığı quru maya
- 1 çay qaşığı duz
Pizza üçün:
- 250 qram doğranmış pomidor
- 150 qram mozzarella pendiri
- 2 diş sarımsaq
- 1 fıstıq
- 1 şorba qaşığı zeytun yağı
- 1 çay qaşığı kəklikotu (zövqə görə)
- İstiot
- Duz
Hazırlanması:
Unu bir qabın içərisinə qoyun, ortasına bir dəlik açaraq içərisinə yağıları, duzu və suyu tökün. Kənarlarından ortasına doğru əlinizlə yumşaq hərəkətlərlə qarışdırın. Elastik xəmir halına gələnə qədər əllə yoğurun. Xəmiri yoğurduqdan sonra üzərini təmiz bezlə örtün və isti yerdə 20 dəqiqə saxlayaraq mayalanmasını gözləyin. Xəmir mayalanarkən ayrı bir qabda sarımsaqları doğrayıb qızardın. İçərisinə pomidor, kəklikotu, duz istiot əlavə edib 10 dəqiqə bişirin.
Sonra qıcqırmış xəmiri açıb yağlı nimçəyə yerləşdirin. Mozzarella və pomidor sousunu üzərinə yayın. 220 dərəcəlik sobada 10 dəqiqə bişirin.
Nuş olsun!