Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ

04 Kasım 2016
3 357
0
Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ
Xəngəl sevən üçün onun mövsümü olmur, ürəyi nə zaman istəsə, yeyər – çöldə şaxta olanda da, 40 dərəcə istidə tər-suya bulaşanda da... Axı o, xəngəlbazdır! Xəngəli çoxumuz sevirik, bu dəfə Feat.Az sufrem.az-a istinadən əsl gürcü xəngəlinin reseptini təqdim edir. Hazırlamaq çox asan imiş...

Ərzaqlar: ( 8 porsiya)


Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ

Un – 2 kq.
Yumurta – 2 ədəd
Su – 650 ml.
Mal ətinin farşı – 500 qr.
Soğan – 3 baş
Keşniş – yarım dəstə
Cəfəri – yarım dəstə
Yaşıl soğan – yarım dəstə
Sarımsaq – 2 diş
Quyruq – 150 qr.
Duz – istiot

Hazırlanması:

Adi qaydada – un, su, yumurta və bir çimdik duzu qatıb, xəmir yoğururuq. Xəmiri kiçik kündələrə bölürük və yayırıq.
Çəkimiş mal əti və quyruq bir qaba qoyulur. Üzərinə xırdalanmış baş soğan, yaşıl soğan, keşniş, cəfəri, sarımsaq əlavə edilir, duz, istiot vurulur və yaxşıca qarışdırılır. Sonra bu ətə 0,5 st. soyuq qaynanmış su tökmək lazımdır. Çünki içlik bir qədər duru olmalıdır.

Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ

İçliyi yoğurduğumuz xəmirin tən ortasına qoyuruq. Sonra fotodakı kimi xəngəlin ağzını bağlayırıq – 18-dən çox büküş vurmaq olmaz. Yuxarısını – qalın xəmir hissəsini kəsib götürürük.

Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ

Onları səliqə ilə qazanda qaynayan duzlu suya tökürük və təxminən 15 dəqiqə qaynadırıq. Boşqaba düzəndə üzərinə toz istiot da səpirik və sarımsaq qatıqla təqdim edirik. Nuş olsun!

Gürcü mətbəxinin şahı: GÜRCÜ XƏNGƏLİ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.