Günün resepti: Novruzun şor qoğalı

15 Aralık 2021
2 680
0
Günün resepti: Novruzun şor qoğalı
Feat.Az Novruz bayramı ərəfəsində süfrələrimizin bəzəyi olan şor qoğalının hazırlanma qaydasını təqdim edir.

Xəmir üçün:


1 kq un

2 ədəd yumurta

2 stəkan ilıq süd

1 çay qaşığı quru maya

200 qram kərə yağı

1 çay qaşığı sarıkök

1 çay qaşığı duz

iç:

2 stəkan un

1 stəkan əridilmiş kərə yağı

1/2 ç.q istiot

2 ç.q razyana

2 ç.q üyüdülmüş cirə

1/2 ç.q sarıkök

1 ç.q duz

Üstü üçün:

1 ədəd yumurta sarısı

Xaş-xaş (qara çörək otu)

Yağlamaq üçün:

450-500 qram kərə yağı

Hazırlanması:


Xəmirdən əvvəl stəkana mayanı töküb ilıq süddə qarışdırın. Kənarda 5-10 dəqiqə saxlayın ki, qalıb köpüklənsin. Daha sonra südü qızdırıb, içinə sarıkökü əlavə edin. Başqa bir qabda unun ortasın açıb içinə əridilmiş kərə yağını, əvvəlcədən hazırladığınız sarıköklü südü, mayanı, duzu əlavə edib, xəmiri yoğurun. Yumşaq xəmir alınacaq. Acıması üçün üzərini örtüb, isti bir yerdə 1 saat saxlayın.

İçi hazırlamağa başlayın. Belə ki ocaqda tavaya unu töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovurun. Soyuduqdan sonra üzərinə duz, istiot, sarıkök, razyana və cirəni töküb qarışdırın. Sonda isə üzərinə əridilmiş kərə yağını töküb, yaxşıca qarışdırın. İçlik hazırdır.
Acıyan xəmirdən kündələr düzəldib, nazik yuxalar yayın. Yuxaların hər layını oxlovla geniş açaraq yağlayıb, eni 4-5 sm olmaqla zolaqlara bölün. Hər bir zolağı rulet kimi fırladın. Əlinizlə içini oval formaya salıb, iki çay qaşığı içlik qoyub ağzını bükün. Daha sonra qoğalı yastılayın. Listə düzüb, üzərinə yumurta sarısı çəkib, xaş-xaş (qara çörək otu) səpin. Sobada qızaranadək bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.