Qaymaqlı göbələk şorbasının RESEPTİ

21 Nisan 2022
3 510
0
Qaymaqlı göbələk şorbasının RESEPTİ
Göbələk yeməyi bir çoxlarımız sevirik. Çünki sağlamlığımız üçün faydalı qidadır, həm də ləzzətlidir. Az sizə qaymaqlı göbələyin reseptini təqdim edir. Bu ləzzətli yeməyi həm yayda, həm də qışda yeyə bilərsiniz.

Tərkibi:

- 200 qr incə doğranmış göbələk
- 1 doğranmış soğan
- 6 stəkan qaynadılmış su
- 200 qram qaymaq
- 3 yemək qaşığı un
- 3 qaşıq duru yağ
- 1 qaşıq yarım kərə yağ
- 1 çay qaşığı istiot bibər
- 1 çay qaşığı duz

Hazırlanması:


Soğanı yağda qızardın. Doğranmış göbələkləri əlavə edib, suyunu çəkənə qədər qovurmağa davam edin. Sonra 5 stəkan su töküb, qaynamağa buraxın. Başqa bir qazanda kərə yağında unu qovurun və sonra qaymağı əlavə edin. Həmin qarışıma göbələk suyu əlavə edərək çalın. Daha sonra bu unlu qarışımı şorbaya əlavə edib çırpmağa davam edin. Son olaraq şorbaya duz, istiot əlavə edib qarışdırın. Şorbanı az odda 15 dəqiqə qaynadıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.