Şəkər xəstələri üçün xüsusi ŞORBA RESEPTİ

28 Kasım 2021
1 818
0
Şəkər xəstələri üçün xüsusi ŞORBA RESEPTİ
Diabet xəstələri yemək yeyərkən diqqətli olmalıdırlar. Çünki hər hansı bir yemək onların qan şəkərinin qalxmasına səbəb ola bilər. Feat.Az şəkər xəstələrinin də rahatlıqla yeyə biləcəyi sarıköklü, darçınlı mərcimək şorbasının reseptini verir.

Ərzaqlar:


1 stəkan qırmızı mərcimək
1 ədəd kök
2 ədəd baş soğan
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı sarıkök
Yarım çay qaşığı darçın
İstiot, nanə, duz

Hazırlanması:


Soğanı və kökü doğrayın. Onları qazana töküb üzərinə yuyulmuş mərciməyi əlavə edin. Ərzaqların üzərinə çıxacaq qədər su tökün və vam odda qaynadın. Qaynayan ərzaqları mətbəx robotu ilə əzin və üzərinə ədviyyatları vurun. Bir-iki dəqiqə daha bişirdikdən sonra 2 yemək qaşığı zeytun yağı əlavə edib qarışdırın. İstəsəniz, üzərinə bir az limon suyu sıxıb, servis edə bilərsiniz.

Nuş olsun!
lent.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.