Ballı, xardallı hinduşka – FƏRQLİ TƏAM

25 Aralık 2017
1 146
0
Ballı, xardallı hinduşka – FƏRQLİ TƏAM
Soyuq aylardır və hinduşka ətinin də tam yeyilmə zamanıdır. Hinduşka əti orqanizm üçün olduqca faydalıdır. Feat.Az hinduşka ətinin faydalarını sadalayır.

Hinduşka əti mineral xəzinəsidir. Tərkibi sinklə zəngindir. Bu isə immunitet sistemi, yaraların sağalması, bədənin yağ, protein və karbohidratları həzm etməsi üçün son dərəcə əhəmiyyətli bir mineraldır. Həmçinin onun tərkibində fosfor, maqnezium, dəmir var. Sağlıq baxımından çox faydalı qidalar arasındadır. Hinduşka əti protein baxımından da çox zəngindir. Tərkibində “Tryptofhan” maddəsi var və “tryptofhan” xoşbəxtlik hormonu olan “Serotonin”ə çevrilir. Bu üzdən hinduşka, xoşbəxt hiss etdirən qidalar arasındadır. Antioksidant xüsusiyyəti olan hinduşka əti yaşlanmanı gecikdirən xüsusiyyətləri ilə süfrələrdə yer alan qidalardan biridir.

Hinduşka bəzi ölkələrdə Yeni il süfrəsinin də əsas təamıdır. Ailem.az sizə ağız dadınızı dəyişdirəcək ballı, xardallı hinduşka reseptini verir.

Ərzaqlar:


Hinduşka sinəsi
1 yemək qaşığı zeytun yağı
1 stəkan bal
2 yemək qaşığı xardal
1 diş sarımsaq
İstiot, duz

Hazırlanması:


Bir kasada zeytun yağı, rəndələnmiş sarımsaq və ədviyyatı qarışdırın. Hinduşka ətinin hər tərəfini hazırladığınız bu qarışıma batırın. Hazırladığınız hinduşka ətini soba qabına qoyun və əvvəlcədən isitdiyiniz sobada 1,5 - 2 saat bişirin.

Ət bişənə qədər başqa bir kasada xardal və balı qarışdırın. Hinduşkanın bişməsinə yarım saat qalmış həmin sousu bir fırça ilə onun üzərinə sürtün. Hinduşkanın içinin də bişdiyinə əmin olduqdan sonra sobadan çıxarın və servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.