Paltardakı ləkəni də aparır - Şəkər tozunun fərqli istifadə qaydaları

08 Mayıs 2018
1 381
0
Paltardakı ləkəni də aparır - Şəkər tozunun fərqli istifadə qaydaları
Hər nə qədər şəkərdən uzaq durmaq lazım olduğu bilinsə də, onun da faydalı olduğu başqa sahələr də var. Məsələn, paltarlarımızdakı ləkələrdən şəkər tozu vasitəsilə qurtarmaq mümkün olduğunu bilirdinizmi?



Feat.Az
şəkər tozunun müxtəlif sahələrdə faydalarını diqqətinizə çatdırır.



Yaraları sağaltma xüsusiyyəti var



Araşdırmalar, antibiotik və digər müalicə vasitələri fayda etmədikdə, şəkər tozunun yaranın üzərinə tökdükdə yaranı sağaltdığını göstərir.



Dodaqlarda skrab özəlliyi


Barmağınızı bir stəkan suya, ardınca şəkər tozuna batırın, dodaqlarınıza dairəvi hərəkətlərlə masaj edin. Bu vasitə quru və çatlaq dodaqlar üçün mükəmməl bir yeniləyicidir. Ölü və soyulan dərilər şəkər dənələri sayəsində soyularaq sizi təzə dodaqlara qovuşduracaq.



Çiçəklərin ömrünü uzadın




Güldanın içindəki suya əlavə edəcəyiniz 3 çay qaşığı şəkər tozu və 2 çay qaşığı sirkə çiçəyinizin ömrünü uzadacaq.



Pilinq özəlliyi



1 yemək qaşığı qara şəkər, 1 yemək qaşığı düyü unu və 1 yemək qaşığı süd ilə hazırladığınız qarışımı təmiz dəriyə vurun. 5 dəqiqə incə hərəkətlərlə üzünüzə masaj edin. Quruması üçün bir az saxlayın və sonra üzünüzü soyuq su ilə yuyun. Bu maska üzünüzü dərindən təmizləyəcək, hamarlaşdıracaq.



Həşərat sancmalarının təsirini azaldın



Arı sancmalarına şəkər faydalıdır. Arının sancdığı yerə bir küp qənd qoyun. Qənd yaranan şişliyi və zəhərin təsirini azaldır.



Bədən pilinq özəlliyi




Şəkər tozu ilə hazırladığınız bədən skrabı ilə hamar dəriyə sahib olun.




3 yemək qaşığı zeytun yağı və 4 yemək qaşığı şəkər tozunu qarışdıraraq losyon halına gətirin. Duş alarkən bu losyonla bədəninizi masaj edin.



Qidaların ömrünü uzadın



Şirniyyatları təzə saxlamaq və rəf ömrünü uzatmaq üçün saxladığınız qabın içinə bir neçə dənə qənd atın.



Paltarlarınızdakı ləkələrdən azad olun




Paltarlardakı ot ləkəsini apaarmaq üçün şəkər tozu istifadə edə bilərsiniz. Ləkənin üstünə şəkər tozu tökün və 40-60 dəqiqə gözləyin. Nəticəsinə inanmayacaqsınız.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.