Bədəni zərərli toksinlərdən təmizləyən detoks - RESEPT

06 Mayıs 2018
1 662
0
Bədəni zərərli toksinlərdən təmizləyən detoks - RESEPT
Detoks - gün ərzində sadəcə detoks içkiləri ilə qidalanmaq, başqa heç bir şey yeməmək anlamına gəlmir. Detoksun məqsədi müxtəlif yollarla bədənə daxil olan və tullantı olaraq bayıra atılmalı olan zərərli toksinlərdən qurtulmaqdır. Bunun üçün gün ərzində heyvan mənşəli qidaların, işlənmiş və rafinə olunmuş, hazır, paketli qidaların olmadığı, bol tərəvəz və meyvələrdən ibarət bir menyu hazırlayın. Bunlarla yanaşı Feat.Az türkiyəlidietoloq Evrim Demirelin 2 detoks reseptini də sizə təqdim edir.



Almalı detoks resepti:



Ərzaqlar:

1 stəkan su
Yarım stəkan limon suyu

1-2 yarpaq cəfəri
1-2 yarpaq kələm
1 orta boy alma

1 orta boy armud
1 çay qaşığı zəncəfil
1 çay qaşığı acı bibər

İstəkdən asılı olaraq bu qarışımı dadlandırmaq üçün içinə bir az bal əlavə edə bilərsiniz. Bütün bu məhsulları blenderlə qarışdırıb, gündə 2-4 stəkan içə bilərsiniz.



Ananaslı detoks:



1 xörək qaşığı təzə rəndələnmiş zəncəfil
1 avokado
1 stəkan soyudulmuş yaşıl çay
1-2 yarpaq keşniş

1 stəkan xırda doğranmış kələm
1 dilim doğranmış ananas
1 limonun suyu
1 doğranmış xiyar



Bütün ərzaqları blenderdən keçirib istifadə edə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.