Kəsmikli Qurabiyə - Resepti + Video

04 Eylül 2018
1 342
0
Kəsmikli Qurabiyə - Resepti + Video
İçindəkilər:
200qr kəsmik
100qr yağ (dayaruşka)
150qr şəkər pudrası
2yumurta (1nin ağın ayırın)
Vanil
Qabartma
Qoz ləpəsi
Apardığı qədər un

İçlik:
1st fındıq və ya qoz (çəkilmiş)
1st pesok
Vanil
1yumurta ağı

Hazırlanması:
Çəngəllə kəsmik ilə şəkər pudrası qarışdırırıq.Yumurta ilə vanili əlavə edib yenə qarışdırırıq.Yumşaq kərə yağını əlavə edib qarışdırırıq.Un, duz və qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri kloka qoyub 15-20 dəqiqə soyuducuda saxlayırıq.
Sonra xəmiri 2-3 yerə bölürük.
Qalınlığı 0,5 sm olmaqla yayıb dairələr kəsirik.(un səpib yayırıq)
Dairələrin orta hissəsinə içlik qoyub bükülür(videoda görülür) arxa hissəyə qoz ləpəsi qoyulur və qurabiyənin üstü qayçı ilə kəsilir.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.

Dadlı Kəsmikli şirniyyatı çay süfrəsində nuş edə bilərsiniz.



insta: @bereketli_metbex
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.