Balqabaqlı-limonlu piroq - Resept
Xəmir üçün:
350 q un
300 q şəkər tozu
400 q balqabaq
2 yumurta
125 q yumşaq kərə yağı
½ ç.q. qabartma tozu
1 ç.q. vanil ekstraktı
Şirə üçün:
1 limon
100 q şəkər tozu
Hazırlanması:
1. Balqabaq təmizlənir, kub şəklində doğranılır, qalın altı olan qazana qoyulur. Az miqdarda su əlavə edilib, yumşalıb və suyu çəkilənədək bişirilir. Blender və ya çəngəl vasitəsiylə püre halına salınır və soyudulur.
2. Kərə yağı ilə şəkər tozu çalınır, balqabaq püresi əlavə olunub yenidən çalınır. Bir-bir yumurtalar əlavə edilib çalınır. Sonda un, qabartma tozu və vanil ekstraktı əlavə olunub qarışdırılır. Xəmir yağlanmış formaya tökülür, əvvəlcədən 180°C qızdırılmış sobada 30-40 dəqiqə ərzində bişirilir.
3. Şirə üçün limonun suyu sıxılır və şəkər əlavə olunur. Şəkər həll olunanadək qarışdırılır.
4. Soyuduqdan sonra üfüqi olaraq iki hissəyə bölünür, arasına limonlu şirə çəkilir, üzərinə
şəkər kirşanı səpilib servis edilir.
gilasmagazine.com