Ballı-portağallı Keks Resepti
TƏRKİBİ:
Yumurta – 2 ədəd
Şəkər tozu – 1 stəkan
Yağ (kərə və ya marqarin) – 200 qram
Bal – 1.5 xörək qaşığı
Un – 2 stəkan
Qabartma tozu – 1 paket
Vanil – 1 paket
Portağal – 1 – 2 ədəd
HAZIRLANMASI:
Yumurta şəkər tozu ilə 5 dəqiqə çalınır. Sonra qabartma tozu və vanil əlavə edilib, qarışdırılır.
Bal əlavə edilir. Kərə və ya marqarin yağı əridilir, soyuduqdan sonra isə qarışığa əlavə edilir.
Portağal dilimləri də xırda doğranır və əlavə edilib, qarışdırılır.
Astaca un əlavə edilir. Xəmir qatı xama kimi olmalıdır.
Keks formaları yağlanır, xəmirdən qaşıqla götürülüb formalara qoyulur. 20-30 dəqiqə ərzində 200 dərəcədə bişirilir.
NUŞ OLSUN!