Quru Ərikli Peçenye - Resepti

11 Ocak 2019
1 299
0
Quru Ərikli Peçenye - Resepti
Ərzaqlar

350 qr. un
150 qr. ərik qurusu
150 qr. şəkər tozu
150 qr. kərə yağı
3 əd. yumurta
2 ç.q qabartma tozu
2 ç.q vanil

Hazırlanması:
İlk olaraq ərik qurusunu xırda-xırda doğramaq lazımdır. Daha sonar iri qabda yağ, şəkər tozu və vanili qarışdırırıq. Sonra yumurtanı sındırıb digər ərzaqlarla birlikdə çırpmaq lazımdır. Doğranmış ərik qurusunu hazırlanan mayeyə əlavə edib qarışdırmağa davam edirik. Son olaraq isə un və qabartma tozunu qaba əlavə edib xəmir yoğururuq. Hazır olan xəmirdən balaca kündələr ayırıb yağlanmış listin içində yumrulayırıq. Peçenyeləri 180 dərəcədə isidilmiş sobada 20-25 dəqiqə ərzində bişirəcəyik.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.