Duzlu, içli kurabiyyə Resepti

Duzlu, içli kurabiyyə Resepti
Tərkibi:
3 su stəkanı un (500 qram),
1 ədəd yumurta,
200 qram kərə yağı,
2 şorba qaşığı maye yağ,
1 paket qabartma tozu,
2 şorba qaşığı qatıq(125 qram),
1 şirniyyat qaşığı toz şəkər (10 qram),
1 şirniyyat qaşığı duz (12 qram),
1 şirniyyat qaşığı qarışıq ədviyyat ,

Hazırlanması:
Yumuşalmış kərə yağını, maye yağı, qatığı, yumurtanı dərin bir qabda qarışdırın.

Unu dəzgahın üzərinə töküb ortasını açın.

Hazırladığınız ərzaqları unun ortasında açılan oyuğa tökün.

Qabartma tozunu una qarışdırın.

Dəzgahın üzərindəki unun ortasındakı oyuğa toz şəkəri ,ədviyyatları əlavə edərək yavaş-yavaş un əlavə edərək yoğurun.

Hazırladığınız iç üçün olan ərzağı pendirli hazırlayarsınızsa ona yumurtanın ağını da əlavə edin.

Hazırladıqdan sonra xəmiri dincə qoyun.

Dincə qoyduğunuz xəmiri kiçik kündələrə ayırın.

Həmin kündələri əlinizlə açın yəni yayın.

Hazırladığınız içi uzununa açdığınız kiçik yaymaların içinə qoyub bükün.

Fırın sinisini yağlayın və bükdüyünüz kurabiyyələri siniyə yığın.

Əvvəlcədən qızdırdığınız fırında üzərləri qızarana qəbər bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.