Südlü nuriyyə resepti

04 Mart 2019
1 509
0
Südlü nuriyyə resepti
Tərkibi:
Xəmiri üçün:
1 çay stəkanı su.
1 çay stəkanı sulu ev qatığı,
1 çay stəkanı maye yağ,
2 yumurta,
1 çay qaşığı duz,
Yarım paket qabartma tozu,
4 su stəkanı qədər un,
Arasına səpmək üçün:
200 qr fındıq,

şərbəti üçün:
2 stəkan su,
2,5 stəkan süd,
4 stəkan şəkər,

Üzəri üçün:
1 stəkan duru yağ,
1 çay stəkanı kərəb yağı,

Hazırlanması:
Xəmir üçün lazım olan ərzaqların köməyi ilə qulaq məməsi yumşaqlığında bir xəmir hazırlayın.
Xəmiri 20 bərabər parçaya ayırıb yarım saat qədər dincə qoyun.
Xəmirləri tək- tək və ya 2 li olaraq nişasta və un qarışığı səpərək aça bildiyiniz qədər incə açın.
28 sm diametrində bir nimçəyə döşəyin.
Nimçədən kənarda qalan qisimləri kəsib aralara yerləşdirin.
Yaymaların yarısı tamamlandığında bolca əzilmiş fındıq səpin.
Qalan xəmirləri da açıb yenidən üzərinə döşəyin.
İri kvadrat şəklində dilimləyin.
Üzərinə əridilmiş kərə yağı və maye yağı soyuq və ya ilıq olaraq gəzdirin.
Əvvəldən 180 dərəcə isidilmiş fırında qızarana qədər bişirin.
Şərbəti hazırlayın.
Orta atəşdə 20 dəqiqə qaynatmaq yetərlidir.
Azca soyutduğunuz şərbəti, soyuyan şirinin üzərinə tökün.
Ən az 3-4 saat sonra servis edə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.