Şəkərsiz mozaik tort - Resept

Şəkərsiz mozaik tort - Resept
Şəkərsiz mozaik tort
Mozaik tort sevməyən yoxdur.

Niyə də sevməsinlər?


Az ərzaqla asanca hazırlanan, meyvə və tərəvəzlərlə fərqləndirilən, soyuducuda uzun zaman saxlana bilən, həm sərinlədən, həm də qəflətən gələn çirniyyat istəyini aradan qaldırır.

Əgər şəkər işlədə bilmirsinizsə, bu gözəl şirniyyatdan məhrum qalırsınızsa sizə görə bir tərifimiz vardır.

Əgər biskivit yerinə yulaf , şəkər yerinə bəkməz və banan, bol kakao istifadə edərsinizsə , qoz ləpəsi əlavə edərək dondurduğunuz mozaik tortu bir an dənəyin deyə tərifi sizlər üçün Feat.Az saytı təqdim edir.

8 nəfərlik,
15 ddəqiqədə hazırlanır.


Lazım olan ərzaqlar:

3 stəkan yulaf,
2 ədəd yetişmiş banan,
1 stəkan süd,
5 yemək qaşığı bəkməz,
5 yemək qaşığı kakao,
1 stəkan qoz içi,

Hazırlanma qaydası:

Tortunuzun daha dadlı olmasını istəyirsinizsə bəkməzin miqdarını artıra bilərsiniz və yaxud da keçi buynuzu tozu istifadə edə bilərsiniz.
Qoz yerinə fındıq ləpəsi də işlədə bilərsiniz.
Südü çox isti olmayacaq şəkildə qızdırın və yulafla qarışdırın.
Bananları əzərək ya da blenderdən keçirərək süd-yulaf qarışımına əlavə edin.
Bəkməz və ya kakaonu qarışığa əlavə edərək homojen bir hala gəlincəyə qədər qarışdırın.
Qoz ləpəsini də əlavə edin.
Qarışımı yağlı kağızın üzərinə tökərək piramida şəkli verin və dondurucuya qoyaraq bir neçə saat gözlədin.
Tortunuz donduğunda dilimləyərək kakao ya da Hindistan cəvizinə bulayaraq servisə hazırlayın.
Mozaik tortu bir dondurma ilə birlikdə servis edin.

Nuş olsun!
1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.