Mannı yarması ilə keks

Hamının sevəcəyi bu keksi hazırlamaq üçün heç bir çətinlik çəkməyəcəksiniz.
Lazım olan ərzaqlar:
Un: 1 stəkan
Xama: 1 stəkan
Mannı yarması: 1 stəkan
Şəkər tozu: 1 stəkan
Kenton qabartma tozu: 1 stəkan
Kenton şəkərli vanil: 1 paket
Yumurta: 4 ədəd
Duru yağ: 1 kiçik stəkan
Üzəri üçün:
Kenton şəkər kirşanı
Mannı yarması ilə keks hazırlanma qaydası:
Yumurtaya şəkər tozu vurulur və çırpılır.
Bu zaman yumurta ilə şəkər tozu tamamiylə bir – birinə qarışması daha yaxşı nəticə əldə edilməsini təmin edir.
Ağardıqdan sonra içərisinə xama, duru yağ, mannı yarması, Kenton şəkərli vanil, Kenton qabartma tozu vurulur.
Yenidən mikserlə qarışdırmağa davam edilir.
Un az-az əlavə edilir.
Bişirmək üçün qabın dibinə bişirmə kağızı sərilir, yanları yağlanır.
Hazırlanan qarışıq buraya alınır.
180 dərəcədə bişirilir.
Keks soyuduqdan sonra üzərinə kenton şəkər kirşanı səpilir.
Mannı yarması ilə keks hazırdır.
Nuş olsun!
1001dad.com