"General" Salatı - Resepti

18 Nisan 2022
7 175
0
"General" Salatı - Resepti
Ərzaqlar:
300 qr. Ət
4 ədəd yumurta
150 qr. Holland pendiri
1 ədəd iri kök
1 ədəd iri çuğundur
1 diş sarımsaq
250 qr. Mayonez
Zövqə görə duz

Hazırlanması:
Ət qaynadılır, qaynadılan zaman duz əlavə edilir.Soyuduqdan sonra hissələrə bölünür, üzərinə rəndələnmiş sarımsaq və 2 yemək qaşığı mayonez əlavə edilib, qarışdırılır. Salata forma vermək üçün diametri 18 sm olan biskvit formasından istifadə edilir. Sarımsaq və mayonezlə qaeışdırılmış ət, 1ci qat olaraq formaya əlavə edilir, hərtərəfli yayılır.2-ci qat olaraq, rəndənin iri gözündən keçirilmiş holland pendiri əlavə edilir. Üzərinə mayonez çəkilir.3-cü qat olaraq, qaynadılmış, rəndələnmiş kök əlavə edilir.Üzərinə mayonez çəkilir.4-cü qat olaraq, rəndələnmiş yumurta əlavə edilir,üzərinə mayonez çəkilir. Sonuncu qat üçün isə qaynadılmış,rəndələnmiş çuğundur,əlavə edilir, üzərinə mayonez çəkilir. Salat ən az 1 saat soyuducuda saxlanıldıqdan sonra servis edilir. Üzəri şüyüd və nar dənəcikləri ilə bəzədilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.