Pəhriz üçün Tabbule salatı - Resept
2 nəfərlik,
30 dəqiqəyə hazırlanır.
Tabbule salatı üçün lazım olan ərzaqlar:
2 dəstə cəfəri,
1 dəstə təzə nanə,
6ədəd təzə soğan,
3 ədəd orta boy pomidor.
1 çay stəkanı ıincə bulğur,
1,5 çay stəkanı isti su,
4 yemək q aşığı zeytun yağı,
1 ədəd limon suyu,
2 yemək qaşığı nar şərabı(arzuya görə),
1/2 çay qaşığı duz,
Tabbule salatının hazırlanma qaydası:
Sadəcə bir dəfə yuduğunuz incə bulğuru şüşə bir qaba alın. İsti su ilə ıslatdıqdan sonra ağzını qapatdığınız qabda şişməsi üçün 15 dəqiqə qədər gözləyin.
Bol suda yuyub sularını süzdürdüyünüz cəfəri və təzə nanəni saplaqlarıyla birlikdə incə- incə doğrayın.
Təzə soğanları incəcik doğrayın.
Dörd bərabər eşit parçaya bölüb, çəyirdəkli hissələrini aldığınız pomidorları kiçik parçalar halında doğrayın.
Doğramış olduğunuz bütün ərzaqları dərin bir salat kasasına alın.
Şişip, yumuşalan bulğur ilə salatın ərzaqlarını qarışdırın.
Salatın sosu üçün; zeytinyağı, limon suyu, nar şərabı və duzu kiçik bir qabda qarışdırdıqdan sonra salat kasasına yığın.
İstifadə edəcəyiniz zeytun yağı və nar şərabı miqdarını damaq dadınıza görə azaldıb , artıra bilərsiniz.
Salat qarışığına kiçik parçalar halında doğradığınız quru soğan da əlavə edə bilərsiniz.
Nar şərabını arzuya göre əlavə etməyə də bilərsiniz.
Salatın süsləməsində nar dənələrinə yer verə bilərsiniz.
Yaxşıca qarışdırdığınız salatı servis tabağına alın və gözlətmədən servis edin.
Təndrdə bişən çörək ilə də servis edilən salat başdan başa diyet bir öyün ola bilər.
Nuş olsun!