Frittata (İtalyan omleti) - Resept

26 Mart 2019
1 086
0
Frittata (İtalyan omleti) - Resept
Frittata (İtalyan omleti)
Hər növ tərəvəzlərə, hətta çeşid-çeşid pendirlərə də yox deməyən bol malzəməli, qabarıq bir omlet haqqında düşünün.
Xəyalını qurduğunuz qəhvəaltılıq omlet – İtalyan omleti olan Frittata.
Qısa zaman ərzində qızardılan tərəvəzlər, köpük-köpük olana qədər yaxşıca çırpılmış yumurtalar və fırında tamamlanan omlet.
Çörəklər də qızardısa süfrəyə keçmək olar.
Ailələrin bir araya gəlib sevinclərini paylaşmaqları üçün bu omletin çox dəyərli olduğunu düşünən Feat.Az saytı, 1001 dad saytına istinadən sizlərə bu reseptini təqdim edir. Yaxınlarınızla birlikdə bir süfrədə əyləşib nuş etməyinizi arzulayıram!
4 nəfərlik,
20 dəqiqəyə hazırlanır.
10 dəqiqəyə bişir.

Lazım olan ərzaqlar:
4 yumurta,
2 ədəd kiçik kartof,
1 quru soğan,
8 ədəd göbələk,
200 q ispanaq,
4 ədəd qurudulmuş pomidor,
8ədəd pomidor,
1/4 dəstə cəfəri,
3 yemək qaşığı duru yağ,
1/2 çay qaşığı duz,
1/2 çay qaşığı təzə çəkilmiş istiot,
Bişmiş noxud,
kök,

Xəbərdarlıq:

Hazırladığınız omleti mümkünsə geniş və istiyə davamlı bir tavada fırında bişirin.
Əgər fırına böyük olan tava istifadə edəcəksinizsə hazırladığınız omleti o üz. bu üz qızartmalı olacaqsınız.

Hazırlanma qaydası:
Qabığını soyduğunuz quru soğanı kiçik doğrayın.
Kartofları zər böyüklüyündə kəsin.
Ayırtlayıb yuduğunuz cəfərinin yarpaqlarını incə-incə doğrayın.
Qurudulmuş pomidorları uzununa incə doğrayın.
Üzərlərini nəmli bir bezlə təmizlədiyiniz göbələkləri incə- incə dilimləyin.
Bol suda yıuyub qurutduğunuz ısbanaqları əlinizlə parçalara ayırın.
Kənarları sıx olmayan və fırına yerləşə biləcək böyüklükdə bir tavada duru yağı qızdırın.
Doğramış olduğunuz quru soğan və kartofları xəfif bir rəng alana qədər yüksək atəşdə qızardın.
Qurudulmuş dpomidor və göbələkləri də qatdıqdan sonra qızartma işini 1-2 dəqiqə daha davam edin.
Bütöv halda olan pomidorları və ispanaq parçalarını əlavə edib qarışdırın.
Yumurtaları ayrı bir qabda duz, təzə çəkilmiş istiot və incə doğranmış cəfəri qataraq yaxşıca çırpın. Fırını əvvəlcədən 180-200 dərəcəyə yaxın qızdırın.
Yumurta qarışımını qızartdığınız ərzaqların üzərinə əlavə edin. eşit olarak dağılmamasını və pomidorların üstdə qalmasını təmin edin.
Arzuya görə bu aşamada rəndələnmiş pendiri əlavə edin.
Omleti əvvəlcədən qızdırılmış fırında 5 dəqiqəlik bir qısa zaman ərzində omlet qabarana qədər bişirin.
Fırından çıxartdııb servis tabağına aldığınız omleti dilimlədikdən sonra servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.