Kartoflu omlet

03 Ağustos 2015
1 859
0
Kartoflu omlet
Kartoflu omlet


Tərkibi:

Bişmiş kartof – 300 q.

Yumurta – 7 əd.

Kərə yağı – 40 q.

Duz, istiot

Hazırlanması:

Məsləhət görülür ki, omlet üçün yumurtanı soyuducudan 1 saat əvvəldən çıxardın. Tavada kərə yağını qızdırın, yağ köpüklənməyə başlayanda ora kartof dilimlərini qoyun. Qızılı rəng alana kimi qızardın. Ayrı qabda yumurtaları çırpın, duz-istiot vurun, 1 xörək qaşığı soyuq su əlavə edin və çəngəllə sürətlə çırpın. Yumurta kütləsini kartofun üzərinə tökün, 2-3 dəqiqə bişirin. Omleti çevirin. Süfrəyə kiçik tavada isti-isti verilməlidir.

Yeyərkən üzərinə pendir və ya xama əlavə edə bilərsiniz.


R.t..Zemichkla
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.