Spartak tortu

01 avqust 2015
4 651
1
Spartak tortu
Spartak tortu

Tərkibi:
Xəmir üçün:
100 q kərə yağı
1 st. şəkər tozu
2 dolu x.q. bal
2 yumurta
1,5 ç.q. söndürülməmiş soda
1 ç.q. qabartma tozu
4 x.q. kakao tozu
2 st. un
10%-li qaymaq (korjların üzərinə çəkmək üçün)

Krem üçün:
1 banka qatılaşdırılmış süd
2 yumurta
200 ml süd
4 x.q. un
200 q kərə yağı

Qlazur üçün:
100 q şokolad
100 q qaymaq

Hazırlanması:
Un, kakao, soda və qabartma tozundan başqa xəmir üçün olan digər ərzağı qarışdırın, su hamamına (yaxud qalın dibli qazanda ocağın üstünə) qoyun. 7 dəqiqə, eynicinsli kütlə alınanadək dayanmadan qarışdırın (yoxsa yumurta bişər). Soda əlavə edib daha 5-7 dəqiqə qarışdırın (köpüklənəcək). Ocaqdan götürün. Un, kakao və qabartma tozunu əlavə edib xəmir yoğurun.


Xəmir plastilin kimi alınmalıdır - nə çox bərk, nə çox yumşaq. Un bir qədər az və ya çox tələb oluna bilər.

Xəmiri 1 saat soyuducuda saxlayın.

Xəmiri 7-8 kündəyə bölün.

Xəmiri birbaşa perqament kağızının üzərində yayın. Xəmir yayılarkən parçalandığından fənd işlədin: üzərinə sellofan plyonka çəkib elə yayın. Sonra ya dairə, ya da dördbucaqlı formada kəsin (bütün korjlar eyni ölçüdə olsun deyə).


Korjları 180 dərəcə qızdırılmış sobada təxminən 3-4 dəqiqə bişirin.

Bişmiş korjları kağız salfetlərin üzərinə ayrı-ayrı qoyun, üzərlərinə qaymaq çəkin. Çox canfəşanlıq etməyin, qaymaq çox olanda korj çox islanır və tortu yığanda qırılır.

Kremi əvvəlcədən hazırlamaq məsləhətdir. Yumurta və unu eynicinsli hala gələnədək çalın. Əvvəlcə tədricən südü, sonra qatılaşdırılmış südü əlavə edib çalın. Bunu su hamamına qoyun, qatılaşınca bişirin (daim qarışdırın). Soyudun. Kərə yağını möhkəm çalın, sonra südlü kütlə ilə birləşdirin (hər ikisi eyni temperaturda olmalıdır).

Neçə korjunuz varsa, kremi də bərabər sayda bölün, amma nəzərə alın ki, sonuncu korjun üzərinə krem çəkməyəcəksiniz (məsələn, 7 korj alınıbsa, kremi 6 yerə bölün).

Aralarına krem çəkməklə korjları üst-üstə düzün. Üzəri hamar olsun deyə tortun üzərinə taxta lövhə qoyub bir neçə saat soyuducuda saxlamaq olar. Sonra isə üzərinə qlazur çəkmək lazımdır.

Qlazur: şokoladı qaymaqla birlikdə əridib tortun üzərinə çəkin. Zövqə görə bəzəyin.
RƏYLƏR
Tatlı Yalancı
dadli gorsenir tskler )
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (61)
21:00
590

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (61)

17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 169

17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)
19:00
670

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)
18:00
590

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir
17:00
145

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir

Qığılcım Yazılı Şəkillər 2019 (84)
15:00
525

Qığılcım Yazılı Şəkillər 2019 (84)

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir
14:00
111

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar
13:00
346

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT
12:00
147

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ