Meyvə dalğası: Almalı küp şirniyyatı

Meyvə dalğası: Almalı küp şirniyyatı
Vaxtınız az, şirniyyat istəyiniz çoxdursa, ekstra kilo almaq istəmirsinizsə, bu reseptə mütləq diqqət yetirin. Xüsusilə idmanla məşğul olanlar üçün yemək arası qəlyanaltılar zamanı sevərək yeyə biləcəyiniz bir şirniyyat olacaq.


Beləliklə, lazım olan məmulatlar:


4 əd orta ölçülü alma
Yarım ədəd limonun suyu
4 x/q qəhvəyi şəkər
Yarım ç/q darçın
1 ç/q vanil ekstraktı
200 qr yulaflı peçenye
Yarım stəkan incə doğranmış qoz ləpəsi

Hazırlanma qaydası:

Qabığı soyulmuş almanı 4 yerə bölün və tumlarından təmizləyin, daha sonra kiçik kublar şəklində doğrayın. Rənginin dəyişməməsi üçün üzərinə təzə sıxılmış yarım limon suyu əlavə edin və qazana yerləşdirin. Üzərinə qəhvəyi şəkər əlavə edin və bir az su saldıqdan sonra orta istilikdə bişirin. Darçın və az miqdarda vanil ekstraktı əlavə edərək qarışdırın, daha sonra ocaqdan götürün.

Yulaflı peçenyeləri kiçik hissələrə bölün, içinə öncədən doğranmış qoz ləpəsini əlavə edin və qarışdırın.

Şüşə qablara bir qat peçenye-ləpə qarışımı, bir qat bişirilmiş alma qarışımı əlavə edərək 5 qatlı şirniyyat hazırlayın.

Süfrəyə təqdim edərkən, üzərinə bir top dondurma əlavə edərək alınan ləzzətə ləzzət qata bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.