Şokoladlı Donuts Resepti

Şokoladlı Donuts Resepti
Tərkibi:

1️⃣ 1 yumurta
2️⃣ 100 qr düyü unu
3️⃣ 1 banan
4️⃣ 1 xörək qaşığı bal
5️⃣ 2 xörək qaşığı çia toxumu
6️⃣ 50 ml süd
7️⃣ 1 xörək qaşığı kokos yağı
8️⃣ Zövqə uyğun şokolad dənəcikləri (tərkibi yoxlayın mütləq,şəkərsiz olsun)
9️⃣ 1 xörək qaşığı kakao
1️⃣0️⃣ Qabartma tozu

Hazırlanması:

Şokolad dənəciklərindən başqa hər birini blendorda
qarışdırırıq. Sonra formalara qoyub (məndə silikon qabdır) üzərini şokolad dənəcikləri ilə bəzəyirik. 180 dərəcə ilə 15 dəqiqə sobaya qoyuruq. Məndə 12 ədəd alındı.

Nuş olsun!
Mənbə:fitfood.azerbaijan
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.