Mandarinli Keks Resepti

1️⃣ 3 kiçik ölçülü mandarin
2️⃣ 80 qr düyü unu
3️⃣ 1 xörək qaşığı kokos yağı (olmayanlar kərə yağını istifadə edə bilər)
4️⃣ 1 yumurta
5️⃣ 50 ml süd (məndə yağlı süd idi)
6️⃣ 3 xörək qaşığı bal
7️⃣ Qabartma tozu/soda
Hazırlanması:
Hamısını qarışdırırıq (blendora ehtiyac yoxdu). 180 dərəcə ilə 15-20 dəqiqə sobaya qoyuruq. Ümumi enerji dəyəri 715 kkaldır.
Nuş olsun!