Islak keks resepti

07 Ağustos 2022
5 867
0
Islak keks resepti
4 künclü şüşə qab və ya 26-28sm yumru forma üçün.
Stəkan 200ml.su tutumludur
4 ortaboy yumurta
1st.şəkər
1st.duru yag(mən günəbaxan tökdüm və razı qaldım)
1st.süd
1st.un
1p.vanil.1p.qabartma 3x.q.kakao(kakaonuz tündürsə qaşıqları tam doldurmayın)

Sousu üçün

1st.süd
Yarım stəkandan artıq şəkər.
Yarım st.duru yag
2x.q.kakao

Hazırlanması:

Yumurtanın üstünə şəkəri töküb 2 dəqiqə mikserin yüksək gücündə çalın(çox lazım deyil)
Südü yagı töküb qarışdırın(mikserlə)
Una kakao vanil qabartma qatıb məhlulun içinə ələyin və mikserlə tam qarışınca çalın. Videodakı kimi duru məhlul alınacaq. Belə olmalıdır unu artırmayın. Qabı duru yagla yaglayıb kütləni tökün. Əvvəlcədən isinmiş sobada 150-160dərəcə arası bişirin.30-40 dəqiqəyə bişir. Sobalar eyni deyil özünüz baxın ki qızgın olmasın.yupyumşaq keks alınacaq.
Sobadan çıxarın.bir az şişi yata bilər narahat olmayın.sousu hazırlayın. Qaba şəkər kakao tökün. Yagı töküb yaxşı qarışdırın. Südü töküb qaza qoyun. Qaynayınca qarışdırın. Qaynayan kimi götürün. 2 -3 dəq.gözlədin. keksi dilimləyin. Qaynar sousu üstünə gəzdirin.keks isti, sous qaynar olmalıdır. Tam soyusun hazırdı.

Diqqət edəcəkləriniz:

1.keksin ununu artırmayın duru ol malıdır.
2.soba qızgın olmamalıdır
3.yarım saat sobanın qapısını açmaq olmaz.
4. Tünd kakao dadını sevmirsinizsə kakaonu azalda bilərsiniz.
Keksi kakaosuz da bişirib bu cür sous tökə bilərsiniz.bu zaman kakaonun yerinə 1 dolu qaşıq un artıq götürəcəksiniz.
Mənbə:_renanin_metbexi_
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.