Limonlu çiyələkli dondurma resepti.

06 Ocak 2015
2 100
0
Limonlu çiyələkli dondurma resepti.
Limonlu çiyələkli dondurma resepti.

Tərkibi:

500 qram çiyələk
300 qram şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu

Hazırlanması:

Çiyələklərin saplarını ayırd edib, 4-5 dəfə yaxşıca yuyun.
Çini kasaya qoyub üzərinə 1 ədəd limon suyunu əlavə edin. Şəkəri bir qazana qoyub üzərinə suyu əlavə edin və 5-10 dəqiqə qaynadın. Siropu qazdan götürüb soyudun.
Soyuq siropu çiyələklərin üzərinə töküb yaxşıca qarışdırın. Sonra bu qarışığı tel süzgəcdən əzərək farfor bir qaba tökün. Bu rəngli siropu buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.
Hərdənbir qəlibi götürərək yaxşıca qarışdırıb təkrar buzluğa qoyun. İstədiyiniz donma dərəcəsinə gəldiyində nuş edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.