Çiyələk tortu.

09 Ocak 2015
2 831
0
Çiyələk tortu.
Çiyələk tortu.

Tərkibi


Kifayət qədər çiyələk
2 paket biskvit
2 su stəkanı süd
1 çay stəkanı toz şəkər
Kremi üçün:

2 yemək qaşığı nişasta
2 yemək qaşığı düyü unu
1 ədəd yumurta sarısı
1 su stəkanı toz şəkər
2 su stəkanı su
4 su stəkanı süd
1 paket vanil


Hazırlanma qaydası:

Kremi üçün: nişasta, düyü unu, yumurta sarısı və suyu mikser köməyiylə yaxşıca çırpın.
Ayrı bir qazanda 4 su stəkanı südü qaynadın.
Südün içinə çırptığınız qarışığı və şəkəri əlavə edib qatılaşana qədər bişirin.
Ocaqdan almadan əvvəl içinə vanil əlavə edin.
Hamar bir səviyyəyə gəlməsi üçün mikserlə yaxşıca çırpın.
Ayrı bir yerdə 2 su stəkanı süd və 1 çay stəkanı şəkər tozunu yaxşıca qarışdırın, sonra biskvitləri bu qarışıq ilə isladın.
Tort qabına qarışımı ardıcıllıqla biskvit, krem ​​və dilimlənmiş çiyələk olmaq üzrə yerləşdirin.
Ən üstə qalan kremi yayın və çiyələkləri düzün.
Soyuq olaraq servis edin.

Nuş olsun

R.t...Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.