Bu əlamətlər sizdə varsa... - CÜTLÜKLƏRİN DİQQƏTİNƏ
R. Üney həyat yoldaşı və ya sevgili qısqanclığının həddi aşmasının isə anormal qısqanclıq olduğunu deyir. Mütəxəssis bu qısqanclığın əlamətlərini bu cür sıralayıb:
1. Qısqanclıq səbəbindən aranızda dava və mübahisələr olur.
2. Fiziki və ya şifahi şiddət meydana gələ bilər.
3. Az qala hər şeyi sübut saymağa başlayır.
4. Aranızda danışılan tək mövzu qısqanclıq olur.
5. Qısqanclıq böhranları münasibətlərin sonlanmasına səbəb ola bilər.
6. Bütün ictimai əlaqələriniz pozulur, sevgiliniz və ya həyat yoldaşınız digər insanlarla görüşməyə icazə vermir. Hətta bəzən həmcinslərinizlə belə görüşməyimizə qadağa qoyur.
7. Geyim və makiyajınıza həddindən artıq müdaxilə edir.
8. Sosial media hesablarınızı bağlatdırır.
9. Telefonlarınızı dinləyir.
10. Tez-tez zəng edib harada olduğunuzu soruşur.
11. Qəfil iş yerinizə gəlir.
12. Evdən tək çıxmağınızı istəmir. Hətta hər yerə sizinlə birlikdə getmək istəyir.
13. Telefon və kredit kartınızı araşdırır.
14. Həddindən artıq şübhəçi tutumları olur.
15. Evə hər hansı bir səbəbdən gec gəlməyiniz ciddi dava və mübahisələrə səbəb olur.
16. Davamlı günahsız olduğunuzu sübut etmək vəziyyətində qalarsınız.
17. Bəzən heç ağılınıza gəlməyəcək, qəribə və ya komik aldatma ssenarilərini dilə gətirir.
Əgər belə problemlər yaşayırsınızsa, əvvəlcə ona bir az daha çox diqqət ayırın.
Mütəxəssis bildirir ki, qısqanclıq mövzularında həddindən artıq höcətləşmək məsləhət deyil. Sadəcə olaraq onunla bir az daha çox vaxt keçirin. Ancaq bunlara baxmayaraq, birlikdə psixiatr, ya da psixoloqdan məsləhət alın.
Araşdırmalara görə, həyat yoldaşlarına tətbiq olunan şiddətin 70%-i qısqanclıq səbəbindən baş verir. Həyat yoldaşları arasında həddindən artıq qısqanclığın səbəbləri:
1. Tərəflərdən birinin özünə güvən problemi
2. Alçaldılma
3. Bəzi şəxsi xüsusiyyətlər
4. Özünü dəyərsiz hiss etmə
5. Başqaları ilə müqayisə olunma
6. Həyat yoldaşın şübhələndirən davranışlar
7. Qarşı tərəfin sevgisini ifadə etmə çatışmazlığı
8. Tərk edilmə ilə əlaqədar həddindən artıq qorxular
9. Qarşısındakı ilə özünü davamlı müqayisə etmə
10. Digər insanları təhdid olaraq qəbul etmə
11. Şizofreniya kimi bəzi mühakimə pozuqluğuna səbəb olan xəstəliklər
12. Həddindən artıq spirt qəbul etmə
13. Narkotik maddə istifadəsi
lent.az