Qadınların sevmədiyi kişi davranışları
Bunu aradan qaldırmaq üçün bir çox üsul vardır. Ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Ağız qoxusu probleminiz varsa əvvəlcə həkimə müraciət edin. Yediklərinizə diqqət edin, sevgilinizlə görüşməyə getmədən əvvəl soğan, sarımsaq kimi qoxu yayıcı yeməklərdən uzaq olun. Ağız spreyi ya da nanəli saqqız da köməyinizə gələ bilər.
Ağ şalvar
Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməyin. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda geyilən ağ kətan şalvarlar, 80-ci illərin “Miami Vice” vaxtlarında qaldı. Ağ şalvar geyən kişilər qadınların diqqətində deyil.
Burun tükü
Nəfəs alarkən tozun daxilə keçməsinə maneə törədən bu faydalı tüklər, təəssüf ki, burundan görünəcək həddə çatdığında qadınları iyrəndirməyə başlayır. Amma bu çarəsiz bir problem deyil. Texnologiya inkişaf etdi, sırf bu iş üçün hazırlanmış maşınlar vardır.
Uzun bığ
Üzün formasına görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə görünüşünüzü dəyişdirəcək, amma bunların uzunluğuna diqqət etməlisiniz. Bir qadının qarşısında həddən artıq uzanmış biğ və saqqalla yemək yeyərsinizsə,o qadın o süfrədən qalxar.
Qarın
Həddindən artıq əzələli bədənli kişilər bəyənmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Görünüşünüzə xöş olmayan təəsürat aşılayan yağlı qarın qatını qadınları diksindirənlər sırasındadır.
Yaxası açıq köynəklər
Köynək düymələrinin göbəyinə qədər açıq buraxılması ya da sinə tüklərini açıqda buraxacaq şəkildə köynək geyinmək.
Jele vurulmuş saçlar
Başına bir qutu jele çəkən və saçları işıqda parlayan kişilər, bütün qadınları diksindirir. Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra fenlə şəkilləndirməyiniz kafidir.
Həddindən artıq əzələli bədən
Həddindən artıq əzələli bədənli kişilərə həsəd aparmayın! Çünki qadınlar bu tip bədənli kişilərdən heç xoşlanmazlar.Kişidə normada əzələli gözəl bədən hər bir qadının idealı olsa da, bunu həddən artıq etdikdə xoşagəlməz bir vəziyyət yaranır.
Qızıl zinət əşyaları
Maddi imkanınız var və qızılı sevirsiniz, amma qadınların belə kişilər haqqındakı ortaq fikiri belədir: “Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır.” Barmaq qalınlığında qızıl bir boyunbağı və ya üzük barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri daşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.
Uzun çirkli saçlar
Uzun çirkli saçlarla gəzənlər qadınların sevmədiyi kişi tiplərindəndir.
Satışda istənilən növ diş pastası varkən hələ sarı dişlərlə gülməyin. Unutmayın ki, siz necə qadının gülüşünə diqqət edirsinizsə, o da sizin gülüşünüz diqqət edir. Əvvəlcə siqaret çəkirsinizsə dişlərinizin ağ olması üçün tərk edin. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın.
Tər qoxusu
Qadınlar təmiz kişiləri sevər. Tər qoxusu isə böyük bir təhlükədir. Əvvəlcə həddindən artıq tərləyirsinizsə hormonlarınızla əlaqədar bir problem ola bilər. Əvvəl bir həkimə gedin. Əgər bir narahatlığınız yoxsa ilk şərt hər gün duş almalı və dezodorant istifadə etməlisiniz. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz. İslananda rəngi dəyişməyən, yəni tərlədiyinizdə sizi ələ verməyəcək köynəklərə üstünlük verin.
qadinklubu.com