Sekslə məşğul olmaq İdmançının fiziki formasını pisləşdirirmi?

11 Kasım 2016
1 753
0
Sekslə məşğul olmaq İdmançının fiziki formasını pisləşdirirmi?
Bir çox iddiaların mif və ya həqiqət olduğunu müəyyən etmək olmur.

Sağlam həyat tərzi ilə bağlı bir çox miflər həyatımıza daxil olub. Onlardan biri də seksin insanın fiziki hazırlığına mənfi təsir etməsiylə bağlıdır. Bunun nə dərəcədə doğru olub-olmadığına gəlin birlikdə nəzər salaq.

Belə bir fikir mövcuddur ki, idmançılar vacib çıxışlarından öncə sekslə məşğul olurlarsa, bu onların fiziki formalarına birbaşa mənfi təsir göstərə bilər. Bu halda da idmançı daha pis nəticələr göstərir, öz fiziki göstəricilərinə hakim ola bilmir. Hətta bir çox futbol komandalarının məşqçiləri öz futbolçularına oyunlardan qabaq bununla bağlı qadağalar da təyin edir.

Bu qaydaya əməl edən komandalara Rusiya, Çili və Meksika kimi ölkələrin klubları daxildir. Bəzən isə idmançılar öz şəxsi iradələri ilə seksdən imtina edirlər. Məşhur boks ustası Muhammed Ali vacib görüşünə altı həftə qalmışdan sekslə məşğul olmağı dayandırırdı. Amerikalı yüngül atletika ustası Marti Likurio isə belə deyirdi: “Seks səni xoşbəxt edir. Xoşbəxt insanlar isə 1.6 km məsafəni 03:47 göstəriciylə qaçır.”

Adətən bu yanaşmanı seksin bədəndəki testesteron miqdarını aaltması ilə izah edirlər. Bu isə bir idmançı üçün heç də yaxşı hal deyil.

Bəs bu həqiqətə uyğundurmu?

Hər şeydən əvvəl onu qeyd edək ki, seksin idmançının fiziki formasına təsir etməsiylə bağlı heç bir sübut yoxdur. Əlbəttə ki, yuxusuz gecələrin təsiri bu halda nəzərə alınmır. Heç bir araşdırma seksin idmanla məşğul olanlara pis təsirini sübut etməyib. “İdman Tibbinin Klinik Jurnalı”nda dərc olunan bir araşdırma göstərir ki, kiməsə seks təşvişli və həyəcanlı ruh halından çıxmağa kömək edir, lakin başqaları üçün isə vacib oyunlardan qabaq seksdən imtina etmək daha yaxşı təsir göstərir.

Yəni, hər kəs üçün keçərli bir qayda yoxdur. Bütün bunlara baxmayaraq, digər bir araşdırma da oyunlardan qabaq idman ənənələrinə sadiq qalmağın oyuna daha yaxşı köklənməyə kömək etdiyini göstərir.

Jan Pyer Pakle deyir: “Seks idmançının rahatlaşmasına səbəb olur, lakin yuxusuz gecələr keçirmək lazım deyil. Əgər bir idmançı oyundan əvvəl yuxusuz gecənin pis ideya olduğunu başa düşmürsə, deməli o, bir çox digər axmaqlıqlar da edə bilər.”

Bir sözlə, hər şey insana görə dəyişir. Əsas odur ki, yuxusuz qalmayın və öz enerjinizi düzgün hesablamağı öyrənin.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.