Həftədə azı 2 dəfə sekslə məşğul olun - 26 FAYDASI
15 Aralık 2016
3 915
0
Ümumi sağlamlığa faydalıdır
Eşqlə, sevgiylə yaşanan seks bütün bədənə yaxşı təsir edir. Xoşbəxt seks həyatı olanların simasında, yerişində belə, bu, əks olunur. Həyat yoldaşınızla seks həyatınız əvvəllər yaxşı olubsa və xüsusilə doğuşdan sonra korlanıbsa, onu təkrar canlandırmaq sizin əlinizdədir.
Çəki artımına mane olur
Yarım saatlıq yataq otağı həzzi ilə 200-250 kalori yandıraraq çəki verə bilərsiniz. Artıq çəkidən sekslə xilas olun.
Ürək-damar sağlamlığını qoruyur
Aparılan araşdırmalara görə, həftədə 4 dəfə və ya daha çox cinsi əlaqə yaşayan insanlarda infarkt riski yarıbayarı azalır.
İflic riskini azaldır
Daimi cinsi əlaqə qadınlarda və kişilərdə iflic riskini azaldır.
Yuxusuzluq problemini aradan qaldırır
Cinsi əlaqə əsnasında bədəndən endorfin (xoşbəxtlik hormonu) ifraz edilir və bədən rahatlayır. Cinsi əlaqə sonra yerini gözəl yuxuya verir. Sizin və ya həyat yoldaşınızın yuxu problemləri varsa, bu üsuldan istifadə edin.
Qoxu duyğusunu inkişaf etdirir
Orqazm əsnasında ifraz olunan prolaktin hormonu sayəsində beyninizin qoxu alma mərkəzi xəbərdar edilir və beləliklə də, nizamlı seks qoxu alma duyğusunu inkişaf etdirir.
Yaşlanmanı gecikdirir
Mütəxəssislərin fikrincə, ildə 100 dəfə sekslə məşğul olmaq yaşlanmanı azaldır və dərini gözəlləşdirir.
İmmunitet sistemini gücləndirir
Araşdırmalara görə, həftədə azı 2 dəfə sekslə məşğul olmaq immunitet sistemini 30 faiz artırır. Bu formada isə xəstəliklərə qalib gəlirsiniz.
Seks ağrıları azaldır
Qadınların imtina üçün istifadə etdiyi “canım-başım ağrıyır” bəhanəsi daha olmayacaq. Çünki cinsi əlaqə və orqazm əsnasında ifraz olunan hormonlar sayəsində endorfin yüksəlir və ağrılar azalır. Beləcə, seks miqren və vaskulyar (damar xəstəlikləri) baş ağrılarının azalmasını təmin edir.
Bədəni formada saxlayır
Seks əsnasında bədənin bir çox əzələsi və skelet sistemi koordinasiyalı olaraq fəaliyyət göstərir və məşq edir. Beləliklə, nizamlı seks bədənin formaya girməsini təmin edir.
Sümükləri gücləndirir
Seks əsnasında ifraz olunan testosteron hormonunun sümükləri gücləndirən təsirləri var.
Bədəni canlandırır
Seks bədən sağlamlığına yaxşı təsir edir. Diri və canlı bədən üçün seks ideal vasitədir.
Seks pelvik əzələləri gücləndirir
Seks əsnasında pelvis, yəni ləyən sümüyündə olan bir çox əzələ koordinasiyalı olaraq işləyir. Bu formada qadınlarda ümumiyyətlə menopauzadan sonra müşahidə edilən uşaqlıq və bağırsaq sallanmaları azalır.
Pelvis bölgəsində qan dövranına müsbət təsir edir
Cinsi əlaqə və orqazm əsnasında pelvis bölgəsində qan dövranının artımı yumurtalıqlar kimi bir çox orqanın sağlam funksiyasına müsbət təsir edir.
Menstruasiya sancılarını azaldır
Seksin təsirli olduğu digər bir məqam menstruasiya sancılarını azaltmasıdır. Daimi cinsi əlaqədən sonra menstruasiya sancılarında diqqətəçarpan azalma görə bilərsiniz.
Seks menstruasiyanı nizamlayır
Araşdırmalara görə, həftədə bir dəfə sekslə məşğul olan qadının, ayda bir dəfə sekslə məşğul olan qadınla müqayisədə menstruasiya dövriliyində daha nizamlı olduğu müəyyən olunub.
Vaginal quruluğu azaldır
Nizamlı seks ilə vagina və pelvis damar dövranının yaxşı inkişafı nəticəsində, xüsusilə menopauza dövründən sonra tez-tez ortaya çıxan vaginal quruluq problemlərinin olması azalır. Çünki vaginal islanma vaginanın öz damarsal quruluşundan meydana gəlir.
Seks seksi artırır
Hər seksdən sonra libido artdığı üçün testosteron hormonu da artır. Bu hormon da cinsi istəyi yenidən gücləndirir. Bu vəziyyətin tam əksi də yaşana bilər. Cinsi əlaqədən uzaq həyat yaşasanız, vaxt keçdikcə hormonal azalma ilə bağlı olaraq cinsi istəksizlik yaşanır.
Psixoloji sağlamlığa faydalıdır
Yaşlı insanlar hər zaman deyir ki, yataqda küsülülük olmaz. Əslinə baxdıqda, müasir zamanda da mütəxəssislər bu fikri yaymağa çalışır. Gün ərzində həyat yoldaşınızla nə qədər mübahisə etsəniz də, cinsəlliklə bu problemləin böyük hissəsini həll edə bilərsiniz.
Seks sizi özünüzə qaytarır
Cinsi əlaqə əsnasında özünüzü ən təbii halınızla, xoşbəxt, aqressiv, ehtiraslı və həyəcanlı bir formada ortaya qoyursunuz. Bu, gün ərzində monotonluqdan xilas olaraq sizin özünüz kimi davranmanızı təmin edir.
Özünüzə etibarınızı artırır
Sevdiyiniz insanı fiziki və romantik istiqamətdə doyuma çatdırmağınız sizi də xoşbəxt edərək özgüvəni təmin edir. Bu formada özünüzü daha çox sevməyə başlarsınız.
Seks həyat sahələrinizi fərqli edir
Həyat yoldaşı ilə cinsi uyğunsuzluq və ya müvəffəqiyyətsizlik yaşayan bir çox cütlük özlərini başqa fəaliyyətlərə həsr edir. Xüsusilə iş həyatlarında son dərəcə iş düşkünü olurlar. Cinsi həyatları müsbət istiqamətdə inkişaf edən, eşq və ehtirası doyunca yaşayan insanların həyat sahələrindəki prioritetləri isə fərqlidir.
Kişilərdə prostat xərçəngi riskini azaldır
Araşdırmalara görə, ayda 20 dəfə və ya daha çox boşalan kişilərdə prostat xərçəngi daha az müşahidə edilir. Bu arada xatırladaq ki, kişilərdə ən çox müşahidə edilən xərçəng növü olan prostat xərçəngində erkən diaqnoz həyatı xilas edir.
Seks DHEA hormonunu artırır
DHEA böyrək üstü vəzidən ifraz olunan, yaşlanmağa bağlı həm qadın, həm kişilərdə olan androgen hormonu törəməsidir. DHEA cinsi istəyi artırır, yaşlanmağı gecikdirir, depressiyadan qoruyur, əzələ və skelet quruluşunu gücləndirir. DHEA cinsi əlaqə əsnasında ifraz olunur, tam boşalma və orqazm anı gəldikdə qanda normal səviyyəsinin 5 qatınadək artır.
Seks sizi güldürür
Yaxşı və nizamlı cins sizin gülərüzlü olmanızı təmin edir. Hər günə gülüşlə başlar, ətrafınıza xoşbəxtlik və dinclik qatan təbəssüm bəxş edərsiniz.
Seks dünyanın ən gözəl meyvəsini verir
İki adamın bir-birini sevərək yaratdıqları ortaq eşq meyvəsi təbii ki, dünyanın ən əvəzedilməz varlığı olan uşaqdır. Sağlam bir körpə dünyaya gətirmək isə bütün cütlüklərin ortaq fikridir. Bu formada evliliklər daha çox məna və dad qazanır.