Kalori yandırır, ağrıları azaldır, yaşlanmağa qoymur... - Seksin faydaları

Kalori yandırır, ağrıları azaldır, yaşlanmağa qoymur... - Seksin faydaları
Sirr deyil ki, seksin fiziki və ruhi sağlamlıq baxımından bir çox faydaları var. Feat.Az bu faydalardan bir neçəsi ilə cütlükləri tanış edir.

Kalori yandırır, bədəni formada saxlayır

Yarım saat sekslə məşğul olmaq 200-250 kalori yandırmağa kömək edir. Bununla da seks vasitəsilə artıq çəkinizdən xilas ola bilərsiniz. Seks zamanı bir çox bədən əzələsi və skelet sistemi koordinasiyalı olaraq işləyir və sanki ağır məşq edirlər. Nəticədə isə mütəmadi olaraq sekslə məşğul olmaqla bədəninizin formada qalmasını təmin edə bilərsiniz.

İnfakt riskini azaldır


Mütəmadi sekslə məşğul olmaq qadın və kişilərdə iflic riskini azaldır. Eyni zamanda, ürək və damar sağlamlığını qoruyur. Amerika universitetlərinin birinin min kişi üzərində apardığı araşdırma nəticəsində sübut edilib ki, həftədə üç dəfə və daha çox sekslə məşğul olan kişilərdə infakt riski yarıbayarı azalır.

Yuxusuzluğun qarşısını alır

Cinsi əlaqə zamanı bədənin təbii morfini olan endorfin ifraz edilir və bədən rahatlanır. Bu isə cinsi əlaqədən sonra rahat yuxuya səbəb olur.

Yaşlanmağa qoymur

İl ərzində 100 dəfə sekslə məşğul olmaq yaşlanmanın qarşısını alır və dərini gözəlləşdirir. Bununla yanaşı, seks immunitet sistemini gücləndirir. Aparılan araşdırmalara görə, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sisteminin işinə 30 faiz artıq təsir edir. Bu halda isə təbii olaraq xəstəliklərdən də qorunmuş olursunuz.

Təbii ağrıkəsicidir

Bir çox qadınlar seksdən imtina etmək üçün həyat yoldaşlarına “başım ağrıyır” bəhanəsi gətirirlər. Lakin artıq bu da işə yaramayacaq. Çünki cinsi əlaqə və orqazm zamanı ifraz edilən oksitosin hormonu sayəsində qadınlarda endorfin hormonunun yüksəlməsi ilə bərabər ağrıkəsici təsir bağışlayır. Qadınlar üçün təxirəsalınmaz seks miqren və damarlarla bağlı baş ağrılarının azalmasına səbəb olur.

Cinsi istəyi artırır

Hər seksdən sonra kişilərdə libidonun artmasına səbəb olan testosteron hormonu artır. Bu isə cinsi istəyi təkrar-təkrar artırır. Bu halın əksini də demək olar. Yəni ki, cinsi əlaqədən uzaq bir həyat keçirən kişilərin vaxt keçdikcə hormonların azalması nəticəsində cinsi istəksizliyi artır.

Sümükləri gücləndirir


Mütəmadi seks nəticəsində bədənin elastikliyi artır. Seks zamanı ifraz edilən testosteron hormonunun sümükləri də gücləndirən təsirləri meydana çıxır. Həmçinin, seks zamanı qadınlarda pelvis sümüyünun içərisində olan bir çox əzələ koordinasiyalı işləməyə başlayır. Bu halda isə qadınlarda xüsusən də menopozdan sonra meydana gələn məsamələr, uşaqlıq yolu və bağırsaq sallanmaları azalır.

Sancıları azaldır

Menstruasiya sancılarının azalması da seksin ağrıkəsici xüsusiyyətlərindən biridir. Araşdırmalar sübut edib ki, həftədə ən azı bir dəfə sekslə məşğul olan qadınların menstruasiya tsikli ayda bir dəfə sekslə məşğul olanlara nisbətən daha nizamlıdır.

Cinsi əlaqə və orqazm zamanı pelvis bölgəsində qan dövranının artması uşaqlıq yolu, uşaqlıq borusu və yumurtalıqlar kimi bir çox pelvik orqanların sağlam işləməsinə müsbət təsir edir. Həmçinin, mütəmadi seks vagina və pelvis qan-damar dövranının yaxşı işləməsi nəticəsində, xüsusən menopoz dövründən sonra yaranan vaginal quruluq problemlərini aradan qaldırır.

Özgüvəni artırır

Sevdiyiniz insanı fiziki və hisslər baxımında doydurmağınız sizi xoşbəxt edir. Bu isə özünüzə olan güvəni artırır. Nəticədə isə insanların özlərini sevmə hissi yaranır.

Həyat yoldaşı ilə cinsi uyğunsuzluq, təminsizlik və bacara bilməmək hissi ilə yaşayan bir çox cütlüklərin özlərini başqa məşğuliyyətlərə verməsi, xüsusən də, iş həyatlarında son dərəcə işə bağlı olmaları və bezdirici xüsusiyyətlərə malik olması sübut edilib. Cinsi həyatı pozitiv olan, sevgi ilə yaşayan cütlüklərin isə həyata baxışları daha pozitiv və fərqlidir. Onlar daha rahat, sevincli həyat sürürlər.

Seksin hədiyyəsi

Və sonda... Seks zamanı iki insanın ortaq varlığı meydana gəlir. Bu isə sevginin meyvəsi olan körpədir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.