Bir Kişi Sizdən Xoşlandığını Necə Bəlli Edər?
Birindən xoşlandığınız zaman onun sizə olan hisslərini anlamaq üçün minlərlə analiz edərik ağlımızda.Ağzından çıxan sözləri diqqətlicə dinlər,baxışlarının altında yatan sirləri anlamağa çalışarıq.Əslində bunu anlamaq heç də çətin deyil.Bu da birinin sizdən xoşlanıb xoşlanmadığını anlamağın yolları...
Əgər Sizə,gözlərinizə baxa bilmirsə...
Mövzu kişilərin gözləri olduqda bu durum qadınlar üçün bir az çətindir.Çünki qadınlarla çox münasibətdə olan,hətta "şorgöz" adlandırdığımız kişi tiplərinin baxışlarındakı həqiqəti öyrənmək olduqca çətindir.Qadınları necə başdan çıxaracağını bilən bu kişi tiplərinin tələsinə düşməməyi tövsiyə edirik.Bu kişi tipləri uzun baxışlarını gözlərinizə zillər,üstünə bir də jest və mimikalarıyla romantik kişi rolunu oynayar.Qarşınızda belə bir kişi varsa Aman Diqqətli olun!!
Lakin həqiqətən xoşlanan kişi,utancaq baxışlar fırladan kişidir.Baxışlarınızı uzun müddət gözlərinə dikin və test edin,nə qədər müddətdə gözlərini sizdən çəkir?Əyər qarşılıqlı olaraq bir şey danışmadığınız halda 5 saniyədən daha uzun müddət gözlərinizin içinə baxa bilmir,baxışlarını hara çevirəcəyi mövzusunda tərəddüt edirsə,bilin ki sizdən xoşu gəlir!
İltifat edirsə...
Xoşlanan kişi qarşısındakı qadını sözləri ilə,anlatdıqları ilə başdan çıxarmağa çalışar.Təbiidir ki zarafat qabiliyyəti olanlar bu mövzuda azacıq fərqlə öndə gedər.Çünki qadınlar həqiqətən də xoş söhbət edən və zarafatcıl kişiləri sevir.
Kefinizin yerində olmağını önəmsiyərlər.Cəmiyyət içərisində canınızı sıxan bir durum olduğunu görsələr,sizdən öncə sözə girərək birilərinə xəbərdarlıq etməyi özlərinə vəzifə bilirlər.
Söhbət zamanı bir şeylər soruşur və yaxşı dinləyirsə...
Sizinlə danışarkən işinizlə,ailənizlə,dostlarınızla,getdiyiniz yerlərlə,sevdiyiniz filmləlrə əlaqəli sözlər soruşursa sizin haqqınızda bir şeylər öyrənmək istədiyi açıq ortadadır.
Jest və mimikalara diqqət...
Xoşlanan kişi sözləri ilə olduğu qədər,jest və mimikalarla da kübar görünməyə çalışar.Fiziki olaraq qadına yaxın durmağa çalışar.Təsadüfən sıx sıx xoşlandığı qadının qarşısına çıxar.Hər halda dostlarınız vasitəsilə harda olduğunuzu öyrənib kiçik təsadüf surprizləri etmək istəyir.
Üzündə kiçik gülümsəmə,danışarkən xəta etməməyə çalışması,ən əsas bilgilərdir.
Ard-arda göndərilən sms`lər...
Hər nə qədər daha az cəsarət və özgüvən istəsə də,birinin üzünə baxaraq birşey deməkdənsə,mesaj yazmaq daha asan gəlir insana.Əyər sizin də telefonunuz ondan gələn mesajlardan susmaq bilmirsə,əmin olun yaxında bir etiraf gələcək..
Ən klassik və romantik olan...
Qadınların çiçəkdən xoşu gəldiyini kişilər də bilir.Əyər bir kişidən durduq yerə gül gəlirsə sizdən xoşlandığı və sizi başdan çıxarmağa çalışdığı kəsindir.