Qadınların seksdən qaçmaq üçün dediyi yalanlar
Çəki məsələsində: Qadınlar onlardan soruşulan “Çəkin nə qədərdir?” sualına hər zaman yalan cavab verməyi üstün tuturlar. Onlar tanımadığı adamlara daha çox yalan söyləyirlər. Onlara yaxın, əziz olan insanlara yalan danışmağı isə düzgün hesab etmirlər.
Qadınlar nə üçün yalan danışır? Araşdırmalara görə, qadınların 38 faizi bir insanın vəziyyətinin düzəlməsi xeyrinə, 36 faizi qarşısındakı insanı incitməmək üçün yalan danışır. 13 faiz qadın özlərini təhlükədən qorumaq üçün yalana üz tutur.
Qadınlar arasında keçirilən “Niyə tez-tez yalan danışmırsınız?" sorğusu nəticəsində 71 faiz qadın bunun düzgün olmadığını, 33 faizi bu işdə mahir olmadığı üçün, çox az faizi isə pis bir insan kimi tanınmamaq üçün yalan danışmadıqlarını deyiblər. Qadınlar kişilərin onların görünüşü, yataqda necə olması haqqında dedikləri yalandan incimədiklərini bildiriblər. Lakin kişilərin öz hissləri haqqında, xüsusən də qadını sevib, ya sevmədiyi barədə yalan deməsini düzgün qəbul etmirlər.
Bəs qadınlar seksdən qaçmaq üçün hansı yalanları deyirlər?
Araşdırmalar nəticəsində kişilər üçün də maraqlı ola biləcək bu yalanlar aşkarlanıb:
1. Çox yorğunam.
2. Əhvalım yoxdu.
3. Başım çox ağrayır.
4. Səhər tez oyanmalıyam.
5. Çox işim var, məşğulam.
6. Səndən incimişəm, əsəbiyəm.
7. Uşaqlar!
8. Çimmək istəyirəm.
9. Belimdə bir ağrım var.
10. Tezdi hələ.