İntim həyatınıza rəng qatacaq MƏSLƏHƏTLƏR

İntim həyatınıza rəng qatacaq MƏSLƏHƏTLƏR
Hansısa kinoda gördüyünüz, söhbətlərdə eşitdiyiniz, ya da bir jurnalda oxuduğunuz, amma heç bir halda reallaşdıra bilmədiyiniz seksual arzularınızmı var? Onda bizim məsləhətləri oxuyun və partnyorunuzu təəccübləndirmək, cinsi həyatınıza rəng qatmaq üçün bunları etməyə çalışın.


İLK ADDIMI SİZ ATIN

Həyatımız onsuz da nəyisə gözləməklə keçir. Xoşlandığınız adamın gəlib sizə öz hisslərini etiraf etməsini gözləyirsiniz, yeməyə dəvət etsin istəyirsiniz, birinci öpüşə o, cəhd etsin istəyirsiniz, seks istəyi ilk ondan gəlsin istəyirsiniz. Gözləmək əvəzinə bu gün ilk addımı siz atmağa cəhd edin. Ürəyinizdən sevişmək keçir? Dərhal hərəkətə keçin. Peşman olmayacaqsınız. Təklif edən adam olaraq heç nə itirməyəcəksiniz...


QEYRİ-ADİ BİR YERDƏ SEVİŞİN

Başqalarını narahat etmədiyi təqdirdə sekslə məşğul olmaq hər yerdə mümkündür. Yataq otağı klassikasından xilas olub fərqli məkanlara gedin.


ÖN SEVİŞMƏYƏ DƏYƏR VERİN

Ön sevişmə seksin təməlində dayanır. Seks tələskənliyi sevmir, buna görə də öpüşməyə, bir-birinizə toxunmağa, masaj etməyə yetərincə vaxt ayırmaq lazımdır. Əgər ön sevişmə qısa olarsa, seksdən alacağınız zövqü də azaltmış olacaqsınız.


PORNO FİLM İZLƏMƏKDƏN QORXMAYIN

Həyatın bütün sahələrində daim yeni bilgilər öyrənmək, dünya görüşümüzü artırmaq üçün kitab, jurnal oxuyur, film izləyirik. Bəs niyə görə seks haqda daha çox şey öyrənmək üçün porno filmlərə baxmayaq? Təbii ki, orda gördüyünüz hər şeyi də tətbiq etməyin.


YASTIQLARIN GÜCÜNƏ İNANIN, ONLAR SADƏCƏ BAŞINIZI QOYMAQ ÜÇÜN DEYİL

Yastıq qadının belinin altına qoyulanda cinsi orqanların təması daha rahat olduğuna görə qadının orqazm olması da rahatlaşır.


ƏLİNİZƏ HAKİM OLUN

Təbii ki, proses zamanı əllərdən istifadə etmək həm vacibdir, həm də gözəl. Amma yaxşı olar ki, başqa orqanlarınızdan da istifadə edərək onun erogen zonalarına toxunasınız.
Mənbə:lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET