Sevgilinizdən ayrılmaq istəmirsinizsə, belə edin - MƏSLƏHƏT

20 Nisan 2022
2 280
0
Sevgilinizdən ayrılmaq istəmirsinizsə, belə edin - MƏSLƏHƏT
Gözəl davam edən münasibətinizin artıq sona doğru getdiyini hiss etmisiniz? Əgər elədirsə, Feat.Az-ın bu yazısından bəzi məsləhətlər ala bilərsiniz.

Ünsiyyət qurun.
Ünsiyyət bitdiyində münasibət də sona doğru getmiş olar. Məhz buna görə bitməyə doğru gedən bir münasibətdə yenidən dialoq qurmağa çalışın. Dialoq əsasında bir-birinizin sözünü kəsmədən dinləməyi bacarmaq lazımdır.


Empatiya qurun.
Empatiya qurmağı bacarmaq problemin öhdəsindən gəlmək üçün uzun bir yol qət etmək deməkdir. Çünki özünüzü onun yerinə qoyub, hər şeyə onun şərtləri yönündən baxsanız, hər şeyin tamam fərqli göründüyünü görəcəksiz. Sondan asılı olaraq ona “elədi, düz deyirsən” deməyi bacarmalısan.



Kiçik sürprizlər təşkil edin.
Evliliklərin, ya da münasibətlərin bitmə nöqtəsinə gəlməsinin ən əsas səbəblərindən biri monotonlaşmadır. Halbuki, kiçik sürprizlərlə münasibətinizi rəngləndirə bilərsiz. Ondan xəbərsiz kinoya getmək üçün bilet alın, şam yeməyi üçün restoranda yer təyin edin.


Fərdi yaşamınızı yeniləyin.
Bəzən tərəflərin qarşılıqlı bölüşəcəyi bir şeyi qalmadığından münasibətlər sıxıcı hal alır. Həyatınızın rejimini pozun. Həyatınıza yeniliklər qataraq sevgilinizə danışacağınız o qədər şeylər olacaq ki! Rəqs kursuna getmək, tək başına səyahətə çıxmaq, qəribə bir hobbiyə sahib olmaq kimi.


Seks həyatınızı rəngləndirin.
Bir münasibətin təməlini sevgi qədər yaxşı cinsi münasibət də təşkil edir. Seks həyatı canlılığını itiribsə, münasibətiniz də monotonlaşar. Ya da münasibətiniz adi hal alıbsa, seks həyatınız da montonlaşacaq. Seks həyatı ilə bağlı fantaziyalar qurun, sevgilinin yataqdakı istəklərinə açıq olun, o günə qədər etmədiyiniz sürpriz bir dəyişikliklə sevişmənizi dadlandıracaq fərqliliklər sınayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.