Kişilər nə üçün evlənmək istəmirlər ?

17 Eylül 2021
1 795
0
Kişilər nə üçün evlənmək istəmirlər ?
Artıq erkən yaşlardan başlayaraq hər bir qadın qar kimi ağ gəlinlik libası, ağ atlı şahzadə, möhkəm ailə haqqında xəyallar qurur. Lakin bəzən xanımlar istədikləri adam ilə rastlaşdıqdan, yaxın münasibətlər qurduqdan sonra məyus olurlar, çünki onların xəyalındakı insan ailə qurmağa heç tələsmir.

Münasibətlər yaxşı formalaşsa da, sevgi və qarşılıqlı anlaşma hissi olsa da, kişi subaylığın daşını atmaq istəmir. Kişilər nə üçün nikahdan qorxurlar?


Azadlıq.
Çox kişilər üçün “qanuni nikah” qəfəslə assosiasiya edilir. Kişilər öz azadlıqlarını itirməkdən qorxur və öhdəliksiz münasibət saxlamağa üstünlük verirlər.

Məsuliyyət. Nikah – hər iki tərəf üçün çox məsuliyyətli bir addımdır. Qadınlar bu məsuliyyəti qürur və hörmət hissi ilə qəbul etdikləri zaman, kişilər bu addımı atarkən çox düşünürlər. Həyat bizə müxtəlif sürprizlər təqdim edir, buna görə ailə həyatını güclü kişi ilə qurmaq lazımdır. Əgər yolunuzun başlanğıcında o artıq özünə şübhə edirsə, bu zaman yolu davam etməyə dəyərmi?

Maddi çatışmazlıq.
Kişi üçün sabit maliyyə durumunda olmaq çox əhəmiyyətlidir. Əgər onda əminlik yoxdursa, bu zaman ondan romantik təkliflər gözləməyin.

Valideynlərin fikri.
Tez-tez olur ki, sevgililərin münasibətlərinə valideynlər, bəzən isə dostlar qarışırlar. Bir qayda olaraq, bu oğullarının sevgilisinə şəxsi antipatiya və ya mənzil məsələsi ilə əlaqəlidir.

Keçmiş təcrübə.
Əgər kişi ailəli olubsa və bu təcrübə onun üçün uğursuz nəticələnibsə, bu zaman o çox çətin rəsmi münasibətlərə başlayacaq. Ona keçmiş itkidən və neqativ xatirələrdən qurtulmaq üçün vaxt lazımdır.

Qorxu.
Öz xarici kişiliyinə və gücünə baxmayaraq, bəzi kişilər nikah qarşısında müəyyən fobiyalara malikdirlər. Bəziləri rədd edilməkdən, digərləri mövcud həyat tərzini dağıtmaqdan qorxurlar. Bəzi kişilər isə gələcəkdə daha yaxşı qadına rast gəlmələri haqqında düşünürlər.

Uşaqları sevmir.
Kişilərin evlənməmələrinin daha bir səbəbi onların uşaq sahib olmaq istəməmələridir. Həris subay kişi üçün bu çox ciddi məqamdır. Lakin təcrübə göstərir ki, belə kişilərin 85% öz övladlarını hər cür nazlayan və çox istəyən ata olurlar.

Xəsislik.
Ailə yalnız məsuliyyət deyil, həm də daimi maddi xərclərdir. Buna görə bəzi kişilər evlənməyə riyazi hesablama ilə yaxınlaşırlar. Gələcəkdə hər qəpiyə görə hesabat verən birisi olmamaq üçün belə kişidən ayrılmanız daha yaxşıdır. Xəsis kişi ilə qurulan nikah uğursuzluğa məhkum edilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.