Qısqanmağa dəyərmi?

12 Haziran 2022
1 799
0
Qısqanmağa dəyərmi?
Qısqanclığın cinsiyyəti olmur, illər boyunca beyində zədəsi qalacaq yaraları olur.

Bu hissin bir anda necə insanı bürüdüyünü və sabit münasibətlərin inkişafına niyə mane olduğunu öyrənmək üçün sadəcə qısqanclığı yaradan səbəblər barədə düşünmək lazımdır.

Məxsusilik hissinin arxasında nə dayanır?


Bu hissi xüsusən uşaqlıq vaxtı daha kəskin keçiririk. Böyüklərin yardımı olmadan uşaqlar, həyatda istiqamətlənə bilmirlər. Ona görə uşaqlarda məxsusilik hissi daha çox inkişaf edir, bu onlarda komfortu və təhlükəsizliyi təmin edir.

Lakin böyüklərin münasibətlərində qısqanclıq hissi yaranır. Əlaqələrdə kifayət qədər, yaxınlığın, diqqətin olmaması qısqanclıq hissi yaradır. Nəticədə cütlüklər arasında problemlər olur, qarşılıqlı hörmət itir və sonra insanlar belə münasibətləri bitirirlər.

Ona görə də qısqanclıq hissini nə təkzib, nə yatırtmaq, nə də ki, mənfi xüsusiyyətlərin sırasına yazmaq mümkün deyil. Bu hiss insanın özünüqoruma instiktinə bağlıdır və bir çox hallarda müsbət nəticələri də olur. Bunun üçün qısqanclığın dəlisov enerjisini konkret istiqamətə yönəltmək lazımdır.

Qısqanclıq dağıdıcıdır.


İlk olaraq anlamalısınız ki, qısqanclığın sevgi dəyərlərilə heç bir əlaqəsi yoxdur. Unutmayın ki, qısqanclığınız itirmə təhlükəsi ilə deyil, qarşı tərəfə duyduğunuz narahatçılıq ilə bağlı olmalıdır. Bir sözlə, hisslər ayrıdır, duyulan qısqanclıq isə tamam ayrı.

Qısqanclıq aldadır.

Hisslərinizin möhkəmliyinə əminsinizsə və müəyyən situasiyalarda, anlarda hirslənməyinizə səbəb olursa, bir anlıq dayanın.

Situasiyanı aydınladın və hadisələrə açıq gözlə baxın. Sizi özünüqiymətləndirmə hissi idarə etmir, sizi hər şey yaxşı olduğu halda xoşbəxt ola bilməmək hissi idarə edir. Burada seçiminiz önəmlidir. İki yolunuz var: ya əsəblərinizi korlayıb qarşı tərəfin də əhvalını korlamaq, ya da mövcud duruma məntiqli yanaşaraq problemin sakit həllinə çalışmaq.

Qısqanclıq iztirab verir.


Xoşa gəlməz bütün hissləri içərinizə yığmanız heç də xoş hal deyil. Gecikən həyat yoldaşınıza heç nə deməyə bilərsiniz, daha sonra adi bir şey üstündə böyük mübahisə edə bilərsiniz.

Öz hisslərinizi bölüşün. Unutmayın ki, siz hər şeydən əvvəl bir -birinizi sevirsiniz və hər şey qarşılıqlıdır. Hirsi, neqativ hissləri bölüşməkdənsə, narahatçılığınızı bölüşmək yaxşı olmazdımı?

Qisqanclıq xilas edir.


İnsanlar sadəcə sevgililərini qısqanmırlar, onları kiməsə qısqanırlar. Özünüzü həmin insandan daha ağıllı, gözəl bilirsiniz. Amma əslində şüuraltı olaraq belə deyil. Qısqandığınız adamın üstün cəhətini çox gözəl anlayırsınız. İlkin olaraq, siz o səbəb üzərində düşünüb onu aradan qaldırın, qısqanclığın enerjisini özünüzün inkişafınıza sərf edin.

Qısqanclıq köhnə yaraları yenidən qanadır.


Qısqanclıq bizim ən zəif cəhətlərimizi üzə çıxararır. Sevdiyiniz insanın keçmişinə qısqanmaq reallaşmayan ambisiyaların həyata keçirilməsinə səbəb olur.

Bu halda, sevdiyiniz adamı qısqanmırsız, sadəcə onun keçmişində olan insanlarla rəqabət aparırsınız.

Qısqanclıq məhv edir.


Sevdiyiniz insan üçün gözəl, yaraşıqlı, güclü, qayğıkeş bir sözlə ideal olmağa çalışmaq çox təbiidir. Ancaq elə anlar olur ki, sevdiyiniz insanın bu günkü durumu o qədər də ürək açan deyil və o təsəllini keçmişdə, ya da gələcəkdə axtarır.

Əlbətdə ki, belə halda münasibətlərdə romantika lazımı diqqət görmür və sizi bu hal kifayət qədər qıcıqlandıra bilər, amma bir şeyi anlayın ki, insanın belə vəziyyətinə qısqanmaq sadəcə faydasızdır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.