Seks asılılığı: Kişilər və qadınlar bunu necə yaşayır?
Seks asılılığına bağlı bir araşdırma da İngiltərədə aparılıb.
Araşdırmanı edən təşkilat dünyanın ən nüfuzlu universitetlərindən biri olan Kembricdir.
Kembirc Universitetində araşdırmaçılar pornoya baxan 19 kişinin beyin siqnallarının, narkotik asılılığının, asılı olduqları maddəni gördüklərində xəbərdar nöqtələrin eyni olduğunu aşkarlayıb. Araşdırma qrupu pornogörüntü izləyənlərin beyin fəaliyyətlərini incələmək üçün funksional maqnetik rezonans görüntüləmə sistemindən istifadə ediblər.
BBC-yə danışan Kembirc Universitetində professor Valeri Vun bildirib ki, bu araşdırma bu tip narahatlıq müşahidə olunan şəxslərin beyin fəaliyətləri ilə bağlı aparılan ilk araşdırmadır. Amma yenə də seksin gizli və ya aşkar bir bağlılıq olduğunu demək çox tezdir". Eyni zamanda mütəxəssis seksin asılılıq olduğu mövzusunun mübahisəli olduğunu da qeyd edib.