Sevdiyiniz şəxsə bağlandığınızı necə anlamaq olar?

24 Haziran 2021
3 235
0
Sevdiyiniz şəxsə bağlandığınızı necə anlamaq olar?
Münasibət hallarına baxdığımız zaman 2 cür münasibət görürük – asılı olan və sağlam münasibət. Əgər partnyrorunuza və münasibətinizə verdiyiniz dəyər qədər özünüzə də dəyər verirsinizsə, bərabər haqlara sahib olduğunuzu iddia edirsinizsə, münasibətiniz bir gün sonlansa belə, yolunuza davam edə biləcəyinizi düşünürsünüzsə, bu sağlam münasibətdir. Sağlam münasibət sonlandığı zaman tərəflər ortaq qərar alır və hüznlənsələr belə bu, özlərini məhv edəcək dərəcə olmur. Həyatlarına olduğu yerdən davam edirlər və özlərinə dəyər verməkdən yayınmırlar.

Asılı münasibət modelində isə, tərəfləri yoran və sıxan bir münasibət olur. Münasibətdə asılı olan tərəf həmişə möhtac hiss edir. Partnyorunu həyatının mərkəzinə qoyur və özünü unudur. Onun həyatına görə hərəkət edur, onun zövqünə görə geyinir, onun etmək istədiklərini edir, o xoşbəxt olsun deyə öz istəklərini görməzlikdən gəlir. Bu davranışlar fədakarlıq kimi görünsə də, əslində itirmə qorxusundan qaynaqlanan davranış şəklidir.

“Sənin üçün bir çox şey etdim” deyərək qarşı tərəfə məsuliyyət yükləyirlər, “Səni itirməmək üçün bunları edirəm” kimi mesajlar verməyə çalışırlar. Asılı xarakter xüsusiyyətinin ən müəyyən əlaməti düşük öz güvən və özünə dəyərdir. Qarşısındakı insanı tanrılaşdırarkən, özünü aşağı çəkən bu tip insanlar üçün münasibət tamamilə asılılıqdır. Belə münasibətlərin bitməsi asılı olan tərəf üçün heç də asan olmur. Xüsusilə də münasibət qarşı tərəfin istəyi ilə sonlanıbsa, bu daha da ağır keçir. İlk olaraq öyrəşməyin vermiş olduğu sahiblənmə duyğusu aradan qalxır, bu vəziyyət çox sevdiyi oyuncağı əlindən alınan uşağa bənzəyir. Uşaq nə etmək lazım olduğunu bilmir və onu geri almaq üçün hər yolu sınayır. Belə münasibətlərdə asılı tərəf ayrılıqdan sonra qarşı tərəfin diqqətini çəkmək üçün hər yola əl atır, hətta özünə zərər verməyə çalışan insanlar belə çoxdur.


Bəs bu vəziyyətə düşməmək üçün nə etmək lazımdır?

Sosial və ikilik münasibətlərdə hər şey bir nöqtədə birləşir – özünü sevməkdə. Özünüzü sevdiyiniz, özününzə dəyər verdiyiniz zaman dünyaya, həyata, münasibətlərə baxışınız dəyişir. Münasibət bitəndə nəfəssiz qalmış kimi, bundan sonra həyata əvvəlki kimi davam edə bilməyəcəkmiş kimi, heç nədən həzz almayacaqmışsınız kimi, ölənə qədər yalnız qalacaqmışsınız kimi hiss edirsinizsə, doğru yoldasınız! Bəli, doğru yol. Əgər siz hisslərinizi anlayırsınızsa, sonuna qədər yaşamalısınız. Hisslərinizi anlamadıqca və onlara əngəl olduqca, hüznlüykən xoşbəxt olmağa çabaladıqca içinizdəki yanardağ fəaliyyətə gəlməyə başlayır. Bunun yerinə nə hiss edirsinizsə, əvvəlcə özünüzə sonra da bölüşmək istədiyiniz kimsə varsa, ona danışmalısınız.

Əgər bu yazını oxuyarkən bitmiş münasibətiniz üçün hüznlənib, özünüzü günahlandırırsınızsa, ayağa qalxıb aynaya baxın və özünüzlə başırın, ən əsası özünüzü sevin! Həyatda insanın özünən və vaxtından dəyərli heç nə yoxdur. Hər şey keçib gedir və vaxtınızı ümidsizliyə qapılmaqla keçirməkdənsə, gələcəkdə işinizə yaraya biləcək faydalı fəaliyyətlərlə məşğul ola bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.