Yataqda həzz imitasiyası qadınlar üçün faydalıdır – MƏSLƏHƏT

Yataqda həzz imitasiyası qadınlar üçün faydalıdır – MƏSLƏHƏT
Cinsi münasibətdə orqazmın imitasiyası, yəni süni olaraq yaradılması qadın sağlamlığı və cinsi aktivliyi üçün faydalıdır.

Bunu ABŞ Texas Universitetinin alimləri araşdırıb. Onlar bildirir ki, hər dəfə əlaqə zamanı orqazm olmasa da onun imitasiyasını yaratmaq əsl orqazma çatmaq şansını yüksəldir, qadın kifayət qədər zövq ala bilir.

Feat.Az xəbər verir ki, hazırda bir çox cütlüklər arasında problemə çevrilən qadın orqazmı məsələsi ilə bağlı müxtəlif həll yolları axtarılır.
Rəyi soruşulan qadınların cəmi 40%-I müəyyən dövrlərdə orqazm olduğunu bildirir. 30% isə ömürlərində bu hissi yaşamadıqlarını etiraf edib. Qadınların 70% -i əksər vaxtlarda cinsi əlaqə aktını süni orqazm imitasiyası ilə başa vurur.

Bəzi hallarda bu kişilər tərəfindən etirazla qarşılanır, münasibətlərə zərər vurur, qadını gündəlik həyatında partnyorundan narazı edir.
Elmi tədqiqat zamanı 18-29 yaş arası 998 qadından hansı hallarda və niyə imitasiya etdiklərini sorğulayıb.

Məlum olub ki, imitasiya edənlər cinsi aktı davam etdirmək, qarşı tərəfi razı salmaq və anormal görünməmək üçün bunu ediblər. Onların bir çoxu elə imitasiya etdikləri bəzi hallarda həqiqi orqazma çatıblar.

Alimlər bunun səbəblərini psixoloji amillərdə görür. Ereksiya ilə orqazm fərqli şeylər olduğu üçün kişilərə imitasiya lazım deyil. Amma özlərini imitasiya ilə həyacanlandırmaq, cinsi aktı maraqlı etməyə çalışan qadınlar tənəffüs ritmi, əzələ gərginliyi və xarakter hərəkətləri imitasiya etdikdə, özləri də bilmədən qeyri-ixtiyari orqazma yaxınlaşırlar. Ona görə imitasiya qadınlara lazım və faydalıdır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.