Depressiyanın başlıca səbəbi məlum oldu

09 Ağustos 2022
1 588
0
Depressiyanın başlıca səbəbi məlum oldu
İnsan orqanizmində depressiya və demensiyanın meydana gəlməsinə xüsusi bakteriyalar təkan verir.

Feat.Az
oxu.az-a istinadən bildirir ki, Löven Katolik Universitetinin (Niderland) alimləri belə bir nəticəyə gəlib.

"Nature" nəşrinin məlumatına görə, alimlər beyinin sağlamlığı və düzgün fəaliyyəti ilə bağırsaq bakteriyaları arasında birbaşa əlaqənin olduğunu aşkarlayıb.

Mikroflorada baş verən ən cüzi pozuntu insanın psixoemosional vəziyyətinin dərhal dəyişməsi ilə nəticələnir.

Alimlər müəyyən edib ki, kliniki depressiya diaqnozu qoyulmuş insanlar, demək olar ki, Coprococcus, Faecalibacterium və Dialister bakteriyalarından məhrumdur. Digər tərəfdən belə insanlarda bağırsaqların qıcıqlanması və iltihabına yol açan Bacteroides bakteriyalarının yüksək miqdarı müşahidə olunur.

İndi onlar depressiyalı xəstələrdən ibarət təcrübi qrup yaradaraq, onları faydalı bakteriyaların köməyi ilə müalicə etmək niyyətindədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.