Bu maska kirpiklərinizi və qaşlarınızı gurlaşdıracaq

11 Şubat 2015
5 417
0
Bu maska kirpiklərinizi və qaşlarınızı gurlaşdıracaq
Bu maska kirpiklərinizi və qaşlarınızı gurlaşdıracaq


Canlılığını itirən saçları bərpa etmək və dərimizin hamarlığını qaytarmaq üçün müxtəlif məhsullardan istifadə edirik. Amma bəzən qaş və kirpiklərimizə laqeyd yanaşırıq. Halbuki, saçlar kimi onlar da baxım, qulluq tələb edir. Qaş və kirpik üçün bitki mənşəli yağlardan istifadə etmək əla nəticə verir.

Belə ki, qaşlarınız və kirpikləriniz daha az töküləcək və tez uzanacaq. Beləliklə, tuşa və qaş qələminə ehtiyacınız olmayacaq.

Qaş və kirpik üçün möcüzəli maskanı hazırlamaq üçün aşağıdakılar lazımdır:
​​1 çay qaşığı şirin badam yağı,

1 çay qaşığı hind yağı.

Yağları yaxşıca qarışdırın, duşdan sonra pambıqlı qulaq çöpü ilə bu yağı qaşlara və göz ətrafı dəriyə dəydirmədən kirpiklərə çəkin. Bir saat saxlayın, sonra gül suyu ilə təmizləyin.

Kirpiklərin uzanması və qalınlaşması üçün maska:
1 yemək qaşığı quyruq yağı, 5 ədəd qoz içi, 5 ədəd fındıq içini bir qazanda su buxarında əridin, süzdükdən sonra içinə bir neçə damcı ətir damladın və şüşə bankada saxlayın. Bu məhsulu pambıqlı qulaq çubuğu ilə kirpik diblərinə sürtə bilərsiz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.