Saçlarını Coca-cola ilə yudular - fotolar

04 Haziran 2015
1 946
0
Saçlarını Coca-cola ilə yudular - fotolar
Saçlarını Coca-cola ilə yudular - fotolar

"İnsurgent” filmindən tanınan model-aktrisa Suki Waterhouse daim zərif dalğalı saçları ilə möhtəşəm görünür. Belə mükəmməl dalğalı saçları necə edə bildiyini soruşanda cavabı "Mən saçlarımı koka-kola ilə yuyuram və heç bir əlavə məhsuldan istifadə etmirəm” olmuşdu. Həqiqətənmi?

Bu cavabı eşidən bir çox qadın saçlarını koka-kola ilə yumağı sınamış və maraqlı nəticələr alınmışdı.

Feat.az bu nəticələri sizlərə təqdim edir.

Qeyd edək ki, Coca-colanın tərkibindəki fosfor turşusu saçlara parlaqlıq, tərkibindəki şəkər isə qalınlıq verir.

Saçlarını Coca-cola ilə yudular - fotolar
1. Liz
Saçlarım əvvəl: Mənim saçım təbii olaraq dalğalıdır və mən həmişə bu dalğalarla mübarizə aparıram. Saçlarımı yuduqdan sonra saatlarla bu dalğaları açmağa çalışıram.
Saçlarım sonra: Coca-cola ilə saçlarımı yaxaladıqdan sonra buruqlar açıldı və saçlarım yumyumşaq oldu. Həmçinin saçlarımın parlaqlığı da artdı.

Saçlarını Coca-cola ilə yudular - fotolar
2. Jelani
Saçlarım əvvəl: Mən təbii olaraq qıvrımsaçlara malikəm. Ama saçlarım nazik, yumşaq və tez sınmağa meyllidir. Daim saçlarımın qalınlığı üçün əlavə vəsaitlərdən istifadə edirəm.
Saçlarım sonra: Saçlarımı cola ilə yaxaladıqdan sonra daha qalın hiss etdim saçlarımı. Həcmi də xeyli artmışdı. Buruqlar isə olduğu kimi qaldı. Saçlarımı daramaq olduqca rahat oldu. Lakin bunu hər gün yox, ayda bir dəfə etmək lazımdır.

Saçlarını Coca-cola ilə yudular - fotolar
3. Thalia
Saçlarım əvvəl: Mənim uzun saçlarım təbii olaraq dalğayabənzərdir.
Saçlarım sonra: İlk öncə colanın saçlarımda qoxusunun qalacağından qorxdum. Ancaq onu deyim ki, heç bir qoxu hissi qalmadı. Saçlarımı çox da olmasa həcmli göstərdi.Ən çox saçlarımdakı parlaqlığı sevdim. Bunu həmişə etməyi məsləhət görmürəm.Bir də ki saçlarınıza tökdüyünüz colanın miqdarına diqqət edin.

Saçlarını Coca-cola ilə yudular - fotolar
4. Noelle
Saçlarım əvvəl: Çox gözəl saçlarım var. Yuyandan sonra saçlarım sərtləşir. Saçlarımı buruq-buruq düzəltdirdikdə, buruqları yaxşı saxlamır, tez açılır.
Saçlarım sonra: Coca-cola saçlarıma heç bir sərinləşdirici məhsul istifadə etmədən sərinlik gətirdi. Həmçinin ikinci gün fikir verdim ki, düzətdiyim buruqlar saçlarımda daha yaxşı qalır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.