Ağız boşluğunu təravətləndirən məlsullar

14 Temmuz 2015
1 951
0
Ağız boşluğunu təravətləndirən məlsullar
Ağız boşluğunu təravətləndirən məlsullar

Nəfəsin təravətli saxlanılması haqqında məsələ həmişə aktualdır.Odur ki, sizin diqqətinizə nəfəsi təravətləndirən və ağız boşluğuna qulluq etməyə kömək edən məhsullar haqqında söhbət açacağıq.

Ağız boşluğunu təravətləndirən və müdafiə edən 7 məhsul.

1. Su. Nəfəsin təravətləndirilməsi üçün ən sadə vasitələrdən biridir. Əgər insan suyun kifayət etməyən miqdarını istifadə edirsə, ağızda tüpürcəyin miqdarı azalır, bu zaman orqanizm “mayenin qənaət üsulundan istifadə edir”. Bildiyiniz kimi, tüpürcək öz növbəsində ağız boşluğunu bakteriyalardan müdafiə edir, hansılar ki xoşagəlməz qoxuya səbəb olurlar.

2. Portağal, limon, kivi kimi meyvələrin tərkibində yetəri qədər C vitamini var. Bu meyvələr bakteriyalarla mübarizə aparır, nəfəsi təravətli saxlayır. Həmçinin bu meyvələr antioksidantlarla zəngindir və orqanizmdən toksinləri xaric edir.

3. Ədviyyatlar. Nanə, cəfəri, evkalipt, keşniş və bir çox belə başqa ədviyyatlar, hansılar ki nəfəsi uzun müddət təravətli saxlamağa imkan verirlər əsasən antiseptik, antibakterial, ətirli, müalicəvi xüsusiyyətlərə malikdirlər.

4. Tərəvəzlər. Brokkoli, kök, xiyar bakteriyaların bir çox zərərli təsirlərini ağız boşluğunda neytrallaşdırmağa kömək edirlər. Həmçinin onlar tüpürcəyin aktivləşməsinə imkan yaradırlar. Eyni xüsusiyyətlərə almada malikdir. Bundan başqa bu faydalı meyvə bizim ağız boşluğumuzu bakteriyalardan təmizləyir.

5. Turş süd məhsulları. Məsələn, yoğurt kimi belə turş süd məhsul – ağızda yaraları sağaltmağa, hidrogen sulfidin miqdarını azaltmağa və ağız boşluğunda yaşayan zərərvericiləri məhv etməyə qadirdir.

6. Qara çörək. Bu məhsul xoşagəlməz nəfəs sayəsində yaranmış orqanik birləşmələrin inkişafının azaldılmasına imkan yaradır. Siz saqqızdan da istifadə edə bilərsiniz, o qidanın qalıqlarından qurtulmağa sizə kömək edəcək.

7. Sellüloza. Ağız boşluğundan gələn xoşagəlməz iyin səbəbi, bağırsaqların işinin kifayət qədər yaxşı olmamasından irəli gələ bilər. Buna görə gün ərzində ən azı 25-38 q sellüloz istifadə etmək lazımdır. Həmçinin müntəzəm olaraq yaşıl çaydan da istifadə etmək olar, hansılar ki, dişlərdə bakteriyaların inkişaf etməsinə imkan vermirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.