Payızda gözünüzü belə makiyaj edin

25 Kasım 2015
1 233
1
Payızda gözünüzü belə makiyaj edin
Payızda gözünüzü belə makiyaj edin


Payız mövsümü yaxınlaşır. Yeni mövsüm yaxınlaşdıqca mövsümə uyğun moda trendlərini izləməyə davam edirik.

Feat.az-ın məlumatına görə, 2015 payız göz makiyajı olduqca iddialı və fərqli alternativli olacaq.

Payızda göz qələmi və eyeliner ikilisi yenidən geri dönür. Həm də uzun quyruqlu göz qapağı cizgisinə qədər uzanan eyelinerlər sezonun sevimli trendləri sırasındadır. Əgər eyeliner sevmirsinizsə, sadəcə göz altına çəkəcəyiniz göz qələmləri də bu mövsüm dəbdə olacaq.

Payızda gözünüzü belə makiyaj edin

Dumanlı əsrarəngiz gözləri kim sevməz ki?! Smokey eyes ( dumanlı göz makiyajı) 2015 payızı ilə birgə geri dönür.

İki tonlu göz makiyajı istifadə etdinizmi? İki ayrı tonlarda tətbiq edilən göz makiyajı bu sezon çox dəbdədir.

Yaxşı bir göz makiyajı üçün qaşların görünüşü də olduqca mühümdür. Daha əvvəl incə qaşlara vida edib bir az daha qalın qaşlara üstünlük verilirdisə, bu sezon qaşlar çox qalınlaşacaq. Hətta alınmamış qaşlar dəbdə olacaq desək, yanılmarıq.


Payızda gözünüzü belə makiyaj edin
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    .........-BUyurun-.........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.